Dünya Bankı Orta Dəhlizin Azərbaycana faydasını 1,3 milyard dollar ÜDM artımı ilə qiymətləndirib
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) bütün potensialının reallaşdırılması Azərbaycan üçün ÜDM-in 1,84 % səviyyəsində əlavə artımını təmin edə bilər, bu da cari qiymətlərlə təqribən 1,3 milyard ABŞ dolları təşkil edir.
Bu barədə Banker.az Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən xəbər verir.
Dəhlizin fəaliyyətinin genişləndirilməsi ölkədə ümumi məşğulluğun 1,5 % artmasına kömək edəcək.
Azərbaycan üçün iqtisadi yüksəlişin əsas amilləri tranzit yükdaşımalarından əldə olunan gəlirlərin artması, liman və dəmir yolu sektorlarında işgüzar fəallığın yüksəlməsi, eləcə də Mərkəzi Asiya və Avropa dövlətləri ilə ticarət əlaqələrinin dərinləşməsi olacaq.
Bankın analitikləri vurğulayıblar ki, qeyd olunan parametrlərə nail olmaq Azərbaycandan gömrük prosedurlarını sürətləndirmək üçün rəqəmsal həllərin tətbiqi ilə yanaşı, liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsinin davam etdirilməsini tələb edir.
Hesabatın məlumatlarına görə, TBNM-nin inkişafı uzunmüddətli perspektivdə iştirakçı ölkələrin ümumi ÜDM-ni 3,3 % artıra bilər, bu da cari qiymətlərlə 58 milyard ABŞ dollarına uyğundur. Dəhliz dövlətlərində (Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan) ümumi məşğulluq 2,9 % artacaq.
ÜDM-in maksimum mütləq artımı regionun iri iqtisadiyyatları: Türkiyə (+47,1 milyard ABŞ dolları, +4,11 %) və Qazaxıstan (+6,14 milyard ABŞ dolları, +2,22 %) üçün proqnozlaşdırılır. Azərbaycan üçün ÜDM-in 326 milyon ABŞ dolları və ya 0,43 % həcmində artması gözlənilir. Nisbi göstəricilərdə ən böyük üstünlükləri dənizə çıxışı olmayan kiçik iqtisadiyyatlar, ilk növbədə Qırğızıstan (ÜDM-in 4,83 % artımı) və Gürcüstan (+3,61 %) əldə edəcək.
Dünya Bankı qeyd edib ki, dəhlizin potensialının reallaşdırılması təkcə infrastruktur obyektlərinə investisiya qoyuluşunu deyil, həm də rəqəmsallaşmanı və dövlət nəqliyyat şirkətlərində islahatları əhatə edən kompleks institusional dəyişikliklərin həyata keçirilməsini tələb edəcək.
"Baxmayaraq ki, Ermənistan hazırda TBNM-i qəbul edən ölkələr sırasında deyil, onun 2030-cu illərdə marşrutla birbaşa fiziki bağlantılar quracağı ehtimal olunur. Hesabatın analitik üfüqünün 2023-2040-cı illəri əhatə etdiyini nəzərə alaraq, Ermənistan aparılan hesablamalara daxil edilib", – Dünya Bankı qeyd edib.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?