Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq

Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaqOktyabrın 2-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Dünya Bankının "İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı" (FINGROW) və nəqliyyat missiyalarının əsas nəticələri, gələcək əməkdaşlıq istiqamətləri, eləcə də layihələrin hazırlanmasının və icrasının sürətləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə Dünya Bankı arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Anar Kərimov qeyd ki, maliyyə əlçatanlığının genişləndirilməsi, özəl sektorun maliyyələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişafı sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
"FINGROW" layihəsi üzrə hazırlıq işlərinə toxunan A.Kərimov layihə çərçivəsində nəzərdə tutulan qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin həyata keçirilməsi üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Eyni zamanda, Dünya Bankının maliyyələşdirdiyi "Regional Yollar və İnkişaf" layihəsinin cari ilin mart ayında uğurla başa çatdığı qeyd edilib. Bildirilib ki, yol sektorunda əməkdaşlığın davamı olaraq "M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması" layihəsinin hazırlanması və Dünya Bankı tərəfindən kredit və texniki yardım göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, "FINGROW" layihəsi çərçivəsində maliyyə əlçatanlığının genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi istiqamətində Dünya Bankının maliyyə və ekspert dəstəyini göstərməyə hazır olduğunu bildirib.
Tərəflər qeyd olunan istiqamətlərdə əməkdaşlığın davam etdirilməsinin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Banklar     Tarix: 03 oktyabr 2026

Oxşar xəbərlər

Mərkəzi Bank əməkdaşlarının tibbi sığortasına 942 min manat xərcləyəcək

Mərkəzi Bank tibbi sığorta xidmətlərinə 942 min manat xərcləyəcək. xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tibbi sığorta xidmətinin satın alınması ilə bağlı "Meqa Sığorta" ASC ilə müqavilə bağlayıb

Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib

"Kapital Bank" ASC-nin depozit portfeli son bir ildə 1 milyard 635 milyon manat və ya 18,9% artaraq 2026-cı il sentyabrın 30-na 10 milyard 305 milyon 862 min manata çatıb. Bankın depozit portfelində ən yüksək artı

Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro Forumda

8–10 oktyabr tarixlərində II Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Tədbirin baş sponsoru "Ziraat Bank Azərbaycan" ASC olub. Aqrar sektorun inkişafı, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxal

Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın

Aqrar sığorta mexanizmi çərçivəsində fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışların

"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır

"PAŞA Bank" ASC ilkin kütləvi təklifin (IPO) yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkəna

Premium Bank 9 ayda 13 milyon manata yaxın xalis mənfəət əldə edib - 43%-LİK ARTIM

"Premium Bank" ASC 2026-cı ilin ilk 9 ayını 12 milyon 983 min manat xalis mənfəətlə başa vurub. Bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,8% artıb. Eyni zamanda, bankın kredit portfeli 496,

iTicket artıq ABB mobile-da

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB onlar üçün yeni imkanlar yaratmaqda davam edir! Artıq ölkənin aparıcı bilet satışı platforması iTicket də tam inteqrasiya olunaraq ABB mobile tətbiqinə əlavə edilib. . Bu möhtəşə

"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 20% artıb

"Yapı Kredi Bank Azərbaycan" 2026-cı ilin ilk doqquz ayında 9,25 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövründən 19,9% çoxdur. Faiz gəlirləri 38,8% artaraq 51,78 milyon manata, qeyri-faiz gəlirlər

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş "SIBOS 2026" sərgi-konfransında iştirak edib. "Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə"


iqtisadi xeberler dollar kursu telefonla pul qazanmaq dollar mezenne emlak xeberleri