Dünyanın ən varlı insanları altı ayda - 1,4 Trilyon Dollar İtiriblər

Dünyanın ən varlı insanları altı ayda - 1,4 Trilyon Dollar İtiriblər2022-ci ilin birinci yarısında dünyanın ən zəngin 500 adamının ümumi sərvəti 1,4 trilyon dollar azalıb.
FED.az xəbər verir ki,  bu, tarixin ən yüksək göstəricisidir.
Agentliyin hesablamalarına görə, bu müddət ərzində "Facebook"un qurucusu Mark Zukerberq 65,5 milyard dollar, "Amazon"un qurucusu Ceff Bezos 63 milyard dollar, "Tesla" və "SpaceX"in qurucusu İlon Mask 62 milyard dollar, "Louis Vuitton Moët Hennessy"nin baş direktoru Bernar Arno isə 49 milyard dollar itirib.
Bununla belə, onlar milyarderlərin qlobal reytinqi olan "Bloomberg Billionaires Index"də öz yerlərini qoruyub saxlaya biliblər: Mask 208 milyard dollarla birinci, Bezos ikinci (130 milyard dollar) və Arno üçüncü yerdə (129 milyard dollar) qalıb.
Qeyd olunur ki, son iki ildə dünyanın ən varlı iş adamlarının sərvəti ancaq artıb. Agentlik bunu koronavirus pandemiyası fonunda hökumətlərin və mərkəzi bankların görünməmiş miqyasda stimullaşdırıcı tədbirləri ilə əlaqələndirib. (Oxu.az)

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycan-Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın həcmi 5,7 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin ilk 8 ayında isə bu göstərici artıq 3,2 milyard dollar təşkil edib".  xəbər verir ki, bunu Azərbaycanı

Azərbaycanda dövlət satınalmalarında qanunvericiliyin tələbi 1 144 dəfə - POZULUB

Bu ilin birinci yarısında dövlət satınalmaları müsabiqəsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar olunan 1 144 yekun protokol ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözlər

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

"Poz-Qazan" oyunları avqustda - 15 milyon manata yaxın uduş qazandırıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın bir-birindən maraqlı "Poz-Qazan" oyunları qazandırmağa davam edir.  . xəbər verir ki, avqustda "Poz-Qazan"

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al


iqtisadi xeberler emlak xeberleri leobank kart pul qazanmaq rubl mezenne