"E-Kredit" BOKT dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi məlum olub
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ləğv prosesində olan "Naxçıvan Bank" ASC-nin bazasında yaradılmış "E-Kredit" bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
Yeni BOKT bağlanmış bankla eyni hüquqi ünvanda - Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27-də qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə İsa Bünyad oğlu İsayevdir. O, "Naxçıvan Bank"ın İdarə Heyəti sədrinin I müavini olub.
Xatırladaq ki, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 2-ci təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a çevrilib.
© "Report"

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?