EBRD Gəncədə su-kanalizasiya sistemlərinin yenidən qurulmasını maliyyələşdirə bilər
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncə şəhərində su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsinə maliyyə dəstəyi göstərə bilər.
Bunu qurumun sədr müavini Etibar Məmmədovla görüşdə EBRD-nin infrastruktur layihələri üzrə baş bankiri Yelena Qordeyeva bildirib.
E.Məmmədov Azərbaycanda içməli və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində EBRD-nin rolunu yüksək qiymətləndirən E.Məmmədov 1995-ci ildə imzalanmış "Böyük Bakının su təchizatı sistemlərinin yenidən qurulması" layihəsini xatırladıb. O, qeyd edib ki, yenicə müstəqillik qazanmış ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə siyasi sabitlik bərqərar olduqdan sonra EBRD və Dünya Bankının ayırdığı güzəştli kreditlər hesabına Kür və Ceyranbatan sutəmizləyici qurğularında yenidənqurma işləri aparılıb, Bakı şəhərində nasos stansiyaları və istehsalat bazalarının təchizatı istiqamətində mühüm işlər görülüb.
Y.Qordeyeva Azərbaycanda infrastruktur layihələrində iştirakdan məmnunluğunu vurğulayıb, sudan səmərəli istifadə, kəndlərin su təchizatının yaxşılaşdırılması, tullantı sularının təmizlənərək təkrar istifadəsi və ümumilikdə, su təhlükəsizliyi ilə bağlı bütün məsələlərdə Azərbaycana dəstək göstərməyə hazır olduqlarını bildirib. O, Gəncədə içməli və tullantı su sistemlərinin yenidən qurulması layihəsi ilə maraqlandıqlarını, layihənin davam etdirilməsinə maliyyə dəstəyi göstərə biləcəklərini diqqətə çatdırıb. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Biznes qurmaq üçün nə lazımdır?
Françayzinq nədir və necə olur?
Fond birjası nədir?
Biznes nədir?
İKEA şirkətinin tarixi