Əcnəbilərin Azərbaycan banklarındakı depozitləri ₼1.6 mlrd. çatıb, bunun 45%-i manatdadır
Azərbaycanda qeyri-rezident fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 2026-cı ilin avqustunda aylıq 100,2 milyon manat və ya 6,7% artaraq 1 milyard 584,7 milyon manata və ya təqribən 932,2 milyon ABŞ dollarına çatıb. İlin əvvəli ilə müqayisədə isə artım 91,6 milyon manat və ya 6,1% təşkil edib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iyulun sonunda qeyri-rezidentlərin əmanətləri 1 milyard 484,5 milyon manat, 2025-ci ilin sonunda isə 1 milyard 493,1 milyon manat idi.
Qeyri-rezidentlərin vəsaitlərinin böyük hissəsi hələ də xarici valyutada saxlanılır. Avqustun sonunda onların xarici valyutada əmanətləri 873,3 milyon manat, manatla əmanətləri isə 711,4 milyon manat təşkil edib. Beləliklə, ümumi əmanətlərin 55,1%-i xarici valyutanın, 44,9%-i manatın payına düşüb.
Son bir ayda artım əsasən xarici valyuta hesabına baş verib. Xarici valyutada əmanətlər 83,1 milyon manat və ya 10,5%, manatla əmanətlər isə 17,1 milyon manat və ya 2,5% artıb.
İlin əvvəli ilə müqayisədə isə mənzərə fərqlidir. 2025-ci ilin sonunda qeyri-rezidentlərin manatla əmanətləri 596,6 milyon manat, xarici valyutada əmanətləri 896,5 milyon manat idi. Avqustun sonunadək manat əmanətləri 114,8 milyon manat və ya 19,2% artıb, xarici valyutada əmanətlər isə 23,2 milyon manat və ya 2,6% azalıb.
Bunun nəticəsində xarici valyutanın qeyri-rezident əmanətlərində payı ilin əvvəlindəki 60%-dən 55,1%-ə düşüb. Yəni qeyri-rezidentlər vəsaitlərinin böyük hissəsini hələ də xarici valyutada saxlasalar da, ilin əvvəlindən manatın payı nəzərəçarpacaq dərəcədə artıb.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Biznes təlimlər və tədris üsulları
Necə Bitcoin almaq olar?
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes nədir və hansı növləri var?
Layihə menecmenti nədir?