"Əhalinin borclanma səviyyəsində ciddi artım müşahidə edilməyib"- SORĞU

Mərkəzi Bank tərəfindən 2023-cü ilin III rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanmışdır. Sorğu biznes, istehlak və ipoteka kreditləşməsinə dair tələb və təklif amillərinin qiymətləndirilməsi, o cümlədən bankların risklərinin müəyyən edilməsi və qiymətləndirilməsini əhatə edir.
Marja.az-ın məlumatına görə, sorğu nəticələrində bildirilir ki, kreditləşmə fəaliyyətinə dair sorğunun 3-cü rüb üzrə nəticələrinə əsasən əhalinin borclanma səviyyəsində ciddi artım müşahidə edilməmişdir. Belə ki, respondent bankların 74%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 26%-i isə orta dərəcədə artım olduğunu bildirmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Əhalinin borclanma səviyyəsinə görə uzunmüddətli diffuziya indeksi üzrə son 4 rübdə azalma tempi müşahidə edilsə də, indeks müsbət zonada qalmaqdadır. 
Sorğunun nəticələrinə əsasən cari ilin III rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarındayumşalma ötən rüb ilə müqayisədə azalmışdır. Belə ki, əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmasa da, kredit kartlar kartları üzrə kredit standartlarında yumşalmada artım və məişət avadanlıqlarının alınması üzrə kredit standartlarında isə sərtləşmə müşahidə edilmişdir. Banklar cari ilin son rübündə cəmi istehlak kreditləri üzrə standartlarda əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətində olsalar da, kredit kartları üzrə standartlarda yumşalmanın azalacağını və əməkhaqqı kartları üzrə kredit standartlarının yumşalacağını proqnoz edirlər.
Sorğuya əsasən əhalinin istehlak kreditlərinə tələbi ötən rüb ilə müqayisədə azalsa da, yüksək olaraq qalmaqdadır. Məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələb azalsa da, kredit kartlarına və əməkhaqqı kreditlərinə tələb son rübdə artmışdır. Banklar cari ilin son rübündə əhalinin istehlak kreditlərinə tələbinin artacağı qənaətindədirlər. Belə ki, banklar əhalinin əməkhaqqı kreditlərinə tələbinin dəyişməyəcəyini, kredit kartları və məişət avadanlıqlarının alınması üzrə kreditlərə tələbin artacağını proqnoz edir.
Sorğu nəticələrinə əsasən digər kredit növlərində olduğu kimi, istehlak kreditlərində də yumşaldıcı və sərtləşdirici faktorların təsir dərəcəsi son rüblərdə azalmışdır. Son rüb ərzində istehlak kreditləri üzrə kredit standartlarına 4 faktor təsir etmişdir ki, onların ikisi yumşaldıcı, digər ikisi isə sərtləşdirici təsir göstərmişdir. Belə ki, cari ilin III rübündə digər banklarla rəqabət və inflyasiya gözləntiləri əsas yumşaldıcı faktor, əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər və maliyyələşmə dəyəri isə sərtləşdirici faktorlar olmuşdur
İpoteka kreditlərində də kredit standartlarına yumşaldıcı və sərtləşdirici təsir göstərən faktorların təsir dərəcəsi son rüblər ərzində azalmışdır. Son rüb ərzində ipoteka kreditləri üzrə standartlara yumşaldıcı təsir edən faktor inflyasiya gözləntiləri olmuşdur. Sərtləşdirici faktorlar arasında ən yüksək təsirə malik faktor isə maliyyələşmə dəyəri olmuşdur ki, eyni faktor biznes kreditləri üzrə standartların da əsas sərtləşdirici faktoru olmuşdur. Bundan əlavə, son 7 rüb ərzində ipoteka kreditləri üzrə kredit standartlarına yumşaldıcı təsir göstərən faktorların, əsasən da ümumi iqtisadi gözləntilər və digər banklarla rəqabət faktorlarının ipoteka kreditləri üzrə standartlara yumşaldıcı təsirinin azaldığı müşahidə edilmişdir.

Banklar     Tarix: 29 noyabr 2023

Oxşar xəbərlər

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs


iqtisadi xeberler valyuta kurslari biznes ideyalari telefonla pul qazanmaq bitkoin