"PAŞA Bank" yeni kredit məhsulunu bazara çıxardı
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" sahibkarlıq subyektlərinin maliyyə yükünü optimallaşdırmaq və onların inkişaf imkanlarını genişləndirmək məqsədilə yeni refinans biznes krediti məhsulunu təqdim edib.
Yeni kredit həlli sahibkarlara digər banklarda mövcud olan biznes kreditlərini daha sərfəli şərtlərlə tamamlamağa, eyni zamanda qalan vəsaiti bizneslərinin inkişafına yönəltməyə imkan yaradır.
Refinans biznes krediti çərçivəsində "PAŞA Bank" sahibkarlara:
250 000 AZN-dək kredit imkanı,
illik 13%-dən başlayan faiz dərəcələri,
və girovsuz şərtlər təklif edir.
Məhsul xüsusilə mövcud biznes kreditinin bitməsinə 3 ay və ya daha az müddət qalan sahibkarlar üçün nəzərdə tutulub. Bu yanaşma bizneslərin likvidliyinin qorunmasına, nağd axınının planlaşdırılmasına və maliyyə dayanıqlığının gücləndirilməsinə xidmət edir.
Sahibkarlar kreditə onlayn müraciət etmək üçün ümumi səhifədəki linkə keçid edə bilərlər.
"PAŞA Bank" sahibkarların maliyyə əməliyyatlarını daha rahat, çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" beynəlxalq nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib, həmçinin "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatı qazanan ilk Azərbaycan bankı olub. Bundan başqa, "PAŞA Bank" bu il "Global Finance" nəşri tərəfindən təqdim edilən "World"s Best Private Banks 2025" mükafatlarının qaliblərindən biri olaraq tanınıb. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv