Bir ekosistemindən Qarabağda daha bir təşəbbüs: m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofis açıldı

Bir ekosistemindən Qarabağda daha bir təşəbbüs: m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofis açıldı®Ölkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası və yenidən qurulması prosesinə verdiyi töhfələrlə seçilən Bir ekosistemi işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası naminə daha bir addım atıb. Belə ki, ötən gün Füzuli şəhərində "Qayıt İş" layihəsi çərçivəsində m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət ofisinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bir ekosisteminin rəsmi nüməyəndələri – Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər.
Layihə haqqında fikirlərini bölüşən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qarabağda dayanıqlı məskunlaşma üçün  yeni müəssisələrin açılmasını yüksək qiymətləndirib. Sədr bildirib ki, dövlət və özəl sektor əməkdaşlığının nümunəvi modeli olan "Qayıt İş" layihəsi yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə vermək, köçürülmüş əhalinin doğma yurdda dayanıqlı məşğulluğuna dəstək  məqsədi daşıyır. Sadiq Əliyev belə təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini və öz yurdlarına qayıdan vətəndaşların məşğulluqlarının təmini istiqamətində fasiləsiz xidmətlərin göstəriləcəyini vurğulayıb.
Bir ekosisteminin rəsmi nümayəndəsi, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov isə bu təşəbbüsü dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırıb. "Hər Qarabağ səfərimizdə bu torpaqların yenilənən enerjisini, dirçələn ritmini hiss etmək həqiqətən insana böyük güc verir. Bu dəfə də Bir ekosistemi olaraq doğma torpaqlarda daha bir təşəbbüsə imza atdıq. Füzulidə m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışını etdik.  Ən əsası odur ki, ofisdə çalışan gənc əməkdaşlarımızın hamısı məhz Füzuliyə geri dönən sakinlərimizdir. Gənc həmkarlarımızın öz doğma şəhərlərində karyera qurmaları və gələcəklərini burada planlamaları bizim üçün sadəcə bir layihə yox, real dəyərdir. Bir sözlə, məqsədimiz Qarabağda dövlətimizin həyata keçirdiyi bu genişmiqyaslı bərpa prosesinə özəl sektor olaraq töhfə vermək və burada formalaşan yeni iqtisadi həyatın fəal iştirakçısı olmaqdır".
Layihənin məqsədi bölgəyə qayıdan sakinlər üçün dayanıqlı iş yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini gücləndirməkdir. Elə bu missiyanın nəticəsi olaraq xidmət ofisində çalışan əməkdaşlar məhz Füzuli sakinləri arasından seçilib. Tarixi qələbənin ardından Füzuli şəhərinə qayıdan və burada yaşayan 14 nəfər şəhər sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş verilib və bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq ekosistem komandasına qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması planlaşdırılır.
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. / banker.az

Banklar     Tarix: 29 noyabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes