Azərbaycanda 5 BOKT-un illik (xalis) mənfəəti 4,5 milyon manatdan az deyil
Azərbaycanda fəaliyyət göstərən 54 bank olmayan kredit təşkilatından (BOKT) 5-nin ötən il (xalis) mənfəəti 4,5 milyon manatdan az olmayıb.
Bunlar, "Azpul" (59 milyon manat), "SF Azerbaijan" (37,7 milyon manat), "Embafinans" (7,2 milyon manat), "M Bulak" (5,7 milyon manat) və "İnternational"dır (4,8 milyon manat).
12 BOKT-un (xalis) mənfəəti 1-4,5 milyon manat arasında, 25 BOKT-un (xalis) mənfəəti isə 0-1 milyon manat arasında olub, 9 BOKT isə 0-1,2 milyon manat arasında (xalis) zərərlə üzləşib.
2 BOKT – "E-Kredit" və "Forfinance" ötən il fəaliyyətsiz olub (maliyyə göstəriciləri formalaşmayıb), 1 BOKT - dövlətə məxsus "Aqrarkredit" isə ötən ilin maliyyə hesabatını açıqlamayıb.
Hesabat vermiş 51 BOKT-dan 26-nın son 1 ildə (xalis) mənfəəti artıb. Ən yüksək dinamika FNC-də (18,8 dəfə), ən aşağı dinamika isə "Kredit Servis"də (2,5%) qeydə alınıb.
7 BOKT-un isə (xalis) mənfəəti azalıb. Ən çox azalma "Finex Kredit"də (75,8%), ən az azalma isə "City Finance"da (0,4%) qeydə alınıb.
5 BOKT-da (xalis) zərər artıb. Ən yüksək dinamika "İrşad"da (34 dəfə), ən aşağı dinamika isə "Para"da (15,4%) qeydə alınıb. 1 BOKT-un "Azinvestkredit"in (xalis) zərəri dəyişməyib, 1 BOKT-un – "Azəri Star Mikromaliyyə"nin isə (xalis) zərəri isə 42,9% azalıb.
9 BOKT-da (xalis) zərərdən (xalis) mənfəətə keçid, 2 BOKT-da isə əks vəziyyət baş verib. Odur ki, həmin BOKT-ların (xalis) mənfəətinin (zərərinin) dinamikasını hesablamaq mümkün olmayıb.
© Yurd.Media / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
İban nədir?
Onlayn biznes növləri
Hazır bizneslərdə ən çox edilən 5 səhv