"AzRe"nin xarici bazarlarda böyük risklərə qarşı qorunması zəifdir"
Sığorta üzrə qlobal reytinq agentliyi AM Best "AzRe Təkrarsığorta" ASC-nin maliyyə dayanıqlığı reytinqini B++ (Yaxşı), uzunmüddətli kredit reytinqini isə "bbb" (Yaxşı) səviyyəsində təsdiqləyib. Proqnoz stabil saxlanılıb.
AM Best-in qiymətləndirməsinə görə, "AzRe"nin reytinqləri şirkətin möhkəm maliyyə dayanıqlığını və güclü əməliyyat nəticələrini göstərir. Hesablamalara əsasən, şirkətin kapital səviyyəsi ən yüksək qiymətləndirmə üçün tələb olunan həddən xeyli yuxarıdır.
Şirkət investisiya portfelində ölkədaxili aktivlərin payını azaldaraq daha çox xarici istiqrazlara yönəlib və 2025-ci ilin avqustuna olan məlumata görə, onların payı ümumi investisiya aktivlərinin 42%-ni təşkil edib. Bununla yanaşı, agentlik bildirir ki, AzRe-nin xarici bazarlarda genişlənən portfelində böyük fəlakət risklərinə qarşı əlavə qorunma (retrosessiya) məhduddur və bu amil reytinqə qismən mənfi təsir edir.
Şirkət 2024-cü ildə də güclü nəticə göstərib. Birləşmiş zərər və xərc nisbəti 65,5% olub ki, bu da yaxşı əməliyyat performansına işarədir. Yüksək faiz dərəcələri investisiya gəlirlərini artıraraq ümumi mənfəəti dəstəkləyib. AM Best şirkətin növbəti illərdə də müsbət nəticələr əldə edəcəyini gözləyir, lakin böyük risklərin nəticələrdə dəyişkənlik yarada biləcəyini qeyd edir.
Agentlik vurğulayır ki, AzRe Azərbaycanda aparıcı təkrarsığorta şirkətlərindən biridir, lakin beynəlxalq bazarda hələ də nisbətən kiçik oyunçu sayılır. Xarici bazarlarda fəaliyyət şirkətə yeni imkanlar açsa da, burada daha böyük rəqiblərlə rəqabət güclüdür.
© APA / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?