Eldar Mansurovun "Bir sabah" mahnısına yeni baxış
8 Noyabr – Zəfər Günü ərəfəsində bir çox şirkətlər xalqımızın qürur gününə videoçarxlar həsr edir. Kapital Bank isə bu mövzuda xalq artisti Eldar Mansurovun "Bir sabah" mahnısına müraciət edib. Mahnının bankın əməkdaşlarından ibarət rok qrupu "Kapital Band" tərəfindən bəstəkarın bədii rəhbərliyi ilə ifa olunması xüsusən diqqət çəkib.
Xalq artisti Eldar Mansurov mövzu ilə bağlı bildirib ki, bir zamanlar qələbə ümidi ilə yazılan bu mahnı artıq zəfər qazanan Azərbaycanda səslənir və qələbəmizə həsr olunur. Ona görə də o, təklifi məmnuniyyətlə qəbul edib. Xatırladaq ki, mahnı zəfər notlarında yeni üslubda ifa edilib. Videoçarxı izləmək üçün:
Azərbaycan ordusunun tarixi qələbəsi, həm də Vətən nisgili ilə yazılan mahnıları zəfər ruhuna köklədi. Artıq yazılacaq və səslənəcək bütün mahnılar qalib Azərbaycanı tərənnüm edir. / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ZARA-nın uğur hekayəsi
Onlayn biznes növləri
Marketinq nə demədir?
İban nədir?
Digital Card nədir?