Elektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDI

Elektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın oktyabr sayını təqdim edib.
Marja.az İcmala istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6% artaraq 2,4 milyard ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 616,3 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk 9 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə, elektrik enerjisi 2,7 dəfə, qara metallardan məmulatların ixracı 34,3%, meyvə-tərəvəz ixracı isə 7,1% artıb.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 8,4% artaraq 641,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% artaraq 145,9 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (330,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,3 milyon ABŞ dolları) ikinci, qızıl (101,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 787,3 milyon ABŞ dolları, Türkiyəyə 631,8 milyon ABŞ dolları, Gürcüstana 240,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 112,5 milyon ABŞ dolları, Qazaxıstana isə 78,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Cari ilin sentyabr ayının qeyri-neft ixracı 223,89 milyon ABŞ dolları olub. Bunun da 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib. 
2023-cü ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (65,9 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (45,3 milyon ABŞ dolları) ikinci və İsveçrə (26,2 milyon ABŞ dolları) üçüncü  olub.
2023-cü ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (25,7  milyon ABŞ dolları) birinci, elektrik enerjisi (15,4 milyon ABŞ dolları) ikinci və meşə fındığı (10 milyon ABŞ dolları) üçüncü olub. 
"İxrac icmalı"nda qeyd edilib ki, 2023-cü ilin oktyabr ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracının dəyəri 18,4 milyon ABŞ dolları olub.
Elektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDIElektrik enerjisi 1-ci, pomidor 2-ci, qızıl 3-cü olub - İXRAC İCMALI AÇIQLANDI

Maliyyə     Tarix: 31 oktyabr 2023

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar


iqtisadi xeberler biznes krediti investisiya bu gunun xeberleri pul qazanmaq