Elektron Auksion Portalından qısa zamanda yüksək göstəricilər

Elektron Auksion Portalından qısa zamanda yüksək göstəricilərƏsas hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesini daha effektiv və çevik başa çatdırmaq olan Əmanətlərin Sığortalanması Fondu 2023-cü ilin aprel ayında vətəndaşların istifadəsinə təqdim etdiyi Elektron Auksion Portalı bu istiqamətdə atılan uğurlu layihələrdən biri olaraq olduqca müsbət nəticələrə nail olub.
Marja.az xəbər verir ki, bu, Fondun yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, qısa müddət ərzində geniş auditoriya kütləsinin diqqətini cəlb edən bu platformanın əsas məqsədi ləğv prosesində olan bankların birbaşa satışı nəzərdə tutulan daşınar əmlaklarının satışını şəffaf şəkildə həyata keçirməkdir. 
Qısa zaman ərzində, ölkə əhalisinin böyük maraq dairəsinə çevrilən Portalda elektron həyata keçirilən auksionlarda yüzlərlə istifadəçi tərəfindən böyük məbləğdə məhsul alışı həyata keçirilib.
Qeyd edək ki, fiziki və hüquqi şəxslər Elektron Auksion Portalından müvafiq qaydada qeydiyyatdan keçməklə istifadə edirlər. Həmçinin istifadəçilər auksiona qatılmadan seçdiyi əmlaka təyin edilən məbləği ödəyərək həmin əmlakı əldə edə bilərlər. Auksion portalı haqqında məlumat, iştirak şərtləri və qeydiyyat qaydaları hər bir şəxsə aydın olacaq üslubda veb saytda (auction.adif.az) yerləşdirilmişdir. Portalda ləğv prosesində olan bankların birbaşa satışı nəzərdə tutulan daşınar əmlakları müxtəlif kateqoriyalara bölünmüşdür. Bununla da istifadəçilər auksionda iştirak etməklə və ya birbaşa satın almaqla müxtəlif növ İT avandanlıqlarını, (kompüter, printer, skanner və s.) bank avadanlıqlarını, ofis və mebel dəstlərini, məişət avadanlıqlarını və digər məhsulları vaxtlarına qənaət edərək sərfəli qiymətlə əldə edə bilərlər.
Əgər siz də vaxtınıza, pulunuza qənaət etmək istəyirsinizsə, heç yerə getmədən evinizdən və ya ofisinizdən həftənin 7 günü, günün 24 saatı "Elektron Auksion Portalı"na (auction.adif.az) daxil olaraq ləğv prosesində olan bankların daşınar əmlaklarını istər hərrac, istərsə də birbaşa satış vasitəsilə əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, əlavə məlumat və yeniliklərdən xəbərdar olmaq istədiyiniz təqdirdə Elektron Auksion Portalının sosial media hesablarına nəzər yetirə bilərsiniz. Həmçinin Elektron Auksion Portalının rəsmi veb saytında olan "chat" bölməsinə yaza və ya qaynar xətt nömrəsinə (+994555000941) zəng edə bilərsiniz.

Banklar     Tarix: 03 noyabr 2023

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler depozit faizleri iqtisadiyyat xeberleri valyuta xeberleri en son xeberler