Əmək müqavilələrinin sayı 1,8 milyonnu keçib, məcburi haqlar üzrə daxilolmalar artıb

Əmək müqavilələrinin sayı 1,8 milyonnu keçib, məcburi haqlar üzrə daxilolmalar artıb5 ildən çox bir müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Marja.az xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 452.692 vahid artıb və 2024-cü il iyun ayının 1-nə 1.854.607 olub. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 410.704 vahid artaraq 950.626 təşkil edib.
Sosial sığorta haqları üzrə daxilolmalar 11 faiz artıb
2024-cü ilin yanvar-may ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,3 milyard manata yaxın olub. Bu mənbədən daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz və ya 227,1 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,9 faiz artaraq 1,5 milyard manatdan çox olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artıb və  83 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 17,1 faiz artaraq 62,9 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin yanvar-may aylarına nisbətən 9,1 faiz artıb və 403,4 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,3 faiz artaraq 286,3 milyon manatdan çox olub.

Maliyyə     Tarix: 07 iyun 2024

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler avtomobil xeberleri dollar məzənnəsi kripto biznes krediti