EMF Microfinance Fund "Bank Respublika"ya növbəti dəfə subordinasiyalı kredit ayırdı
Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika, uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Bank bu dəfə, "EMF Microfinance Fund" Avropa investisiya şirkəti ilə Banka növbəti dəfə subordinasiyalı kreditin ayrılması barədə müqavilə imzalayıb.
Anlaşma "Enabling Qapital LTD" şirkətinin vasitəçiliyi ilə həyata keçirilib.
Bununla, Bankın "EMF Microfinance Fund" Avropa investisiya şirkətindən cəlb etdiyi kreditin ümumi məbləği 8 milyon dollara çatıb. Hər iki kredit 8 il müddətinə ayrılıb.
Bu anlaşma, maliyyə institutunun Bank Respublika ilə olan uğurlu əməkdaşlıq təcrübəsindən və uzunmüddətli sabitliyinə olan yüksək inamdan xəbər verir.
İmzalanmış müqavilə çərçivəsində ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək.
Bank Respublika 30 illik uğurlu fəaliyyəti ərzində müştərilərinin etimadını qazanaraq ölkə bankları arasında ilk beşlikdə möhkəmlənmişdir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
SMM nədir?
Biznes planı necə yazmaq lazımdır?
Ən bahalı otellər hansılardır?
ZARA-nın uğur hekayəsi