Ən çox əhali depoziti olan banklar açıqlandı – RENKİNQ (01.07.2026)
Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 2026-cı ilin ikinci rübünün sonuna 17 milyard 379,1 milyon manata çatıb. Bu, birinci rüblə müqayisədə 4,8% və ya 791,7 milyon manat artım deməkdir.
Banker.az-ın tərtib etdiyi renkinqə görə, fiziki şəxslərin əmanətlərinin həcminə görə bazar lideri ABB olub. Bankda əhalinin əmanətlərinin həcmi ikinci rübün sonuna 3 milyard 893,8 milyon manata yüksəlib ki, bu da birinci rüblə müqayisədə 9,3% artım deməkdir.
İkinci yerdə Kapital Bank qərarlaşıb. Bankın fiziki şəxslərin əmanətləri 3 milyard 708,2 milyon manat təşkil edib və rüb ərzində 11,9% artıb. İlk üçlüyü isə PAŞA Bank tamamlayıb. Bankın fiziki şəxslərin əmanətləri 1 milyard 854,1 milyon manat olub ki, bu da əvvəlki rüblə müqayisədə 2,8% azalıb.
İlk üç bankın fiziki şəxslərin əmanətləri üzrə portfeli 9 milyard 456,1 milyon manat təşkil edib. Bu, sektor üzrə fiziki şəxslərin əmanətlərinin 54,4%-nə bərabərdir. Birinci rübün sonunda bu göstərici 53,0% olub. Beləliklə, ilk üçlüyün bazar payı 1,5 faiz bəndi artıb.
Rüblük artım tempinə görə banklar arasında lider AFB Bank olub. Bankda fiziki şəxslərin əmanətləri 31,8% artaraq 219 milyon manata çatıb. Sonrakı yerlərdə Bank VTB Azərbaycan (27,1%), Bank of Baku (15,6%), Expressbank (13,8%) və Kapital Bank (11,9%) qərarlaşıb.


Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Fond birjası nədir?
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnstaqramda biznes qurmağın yolları