Ən son bank, pul-kredit göstəriciləri açıqlandı

Ən son bank, pul-kredit göstəriciləri açıqlandıAzərbaycan Mərkəzi Bankı Statistik bülleteninin Oktyabr buraxılışını dərc edib.
Marja.az xəbər verir ki, bülletendə pul-kredit göstəriciləri ilə bağlı şərhlər də yer alıb.
Bank sektoru 
Fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 697.8 milyon manat, cəmi öhdəlikləri 43 milyard 254.6 milyon manat, balans kapitalı 6 milyard 443.2 milyon manat olmuşdur.
Kredit portfelinin artımı cari ilin oktyabr ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.4% və ya 374.6 milyon manat artaraq 27 milyard 80.5 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (14 milyard 628.1 milyon manat);
ıı) istehlak kreditləri – 30.6% (8 milyard 277.8 milyon manat) 
ııı) ipoteka kreditləri – 15.4% (4 milyard 174.6 milyon manat). 
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.5%-i və ya 34 milyard 373.9 milyon manat. Depozit portfelinin 59.4%-i (20 milyard 404.3 milyon manat) hüquqi şəxslərin, 40.6%-i (13 milyard 969.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9 milyard 216.4 milyon manat) milli valyutada, 34%-i (4 milyard 753.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.5%-i (8 milyard 314.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri oktyabr ayında 0.9% və ya 72 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 14 milyard 979.8 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.4%-ni təşkil etmişdir. 
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması oktyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 33.5% təşkil etmişdir. 
2024-cü ilin yanvar – oktyabr aylarında banklar tərəfindən 913.7 milyon manat xalis mənfəət, 1 milyard 422.4 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.
Monetar sektor 
Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.6% artaraq 34 milyard 625 milyon  manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 28.4 milyon manat artaraq 2 milyard 626.5 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru 
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 238 min ədəd artaraq 19 milyon 162 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.2% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 20.5%, kredit kartları üzrə 3.5% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 506 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 359 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 139 milyon manatı POS-terminallar, 7.2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.8%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə bankomatların sayı 5.3%, POS-terminalların sayı 30.5% artmışdır.

Banklar     Tarix: 02 dekabr 2024

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler biznes qurmaq internetden pul qazanmaq bank faizleri pul qazanmaq