Ermənistan hansı əsasla Azərbaycan ərazisinə BMT və ya ATƏT missiyasının göndərilməsinə çağırır?
"Ermənistan hansı əsasla başqa bir ölkənin ərazisinə BMT və ya ATƏT missiyasının göndərilməsinə çağırır? Heç bir təşkilat Azərbaycanın razılığı olmadan belə addımlar ata bilməz və atmayacaq da".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.
"Ermənistan rəsmilərinin "Qarabağın ətrafında demilitarizasiya olunmuş zonanın yaradılması", "BMT-nin fakt-araşdırıcı missiyasının Qarabağa, Laçın yoluna göndərilməsi" kimi açıqlamaları qəbuledilməzdir.
Ermənistan hansı əsasla başqa bir ölkənin ərazisinə BMT və ya ATƏT missiyasının göndərilməsinə çağırır? Heç bir təşkilat Azərbaycanın razılığı olmadan belə addımlar ata bilməz və atmayacaq da. BMT qətnamələrində də aydın qeyd edilir ki, aidiyyəti ölkənin razılığı olmadan onun ərazisinə hər hansı bir missiya göndərilə bilməz.
Ermənistanın Qarabağa, Laçın yoluna missiya göndərilməsi, xarici qüvvələrin gətirilməsi kimi açıqlamaları utopiyadan, geosiyasi avantüradan, süni gərginlik yaratmaqdan başqa bir şey deyil", – Hikmət Hacıyev qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Ermənistan rəsmilərinin belə qıcıqlandırıcı acıqlamaları onların ikinci Qarabağ müharibəsindən əvvəl "Qarabağ Ermənistandır və nöqtə", "Yeni ərazilər naminə yeni müharibə", "Azərbaycana bir qarış da torpaq qaytarmayacağıq", "7 şərt" kimi bəyanatlarını xatırladır:
"Ermənistan Azərbaycanla şərt dilində danışmağa çalışır. Ermənistan başa düşməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir. Buna görə, Ermənistan ərazi iddialarından, müxtəlif narrativlər adı altında Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməli, Prezident İlham Əliyevin sülh gündəliyini qəbul etməlidir.
Dünya liderlərinə zənglərlə, özünü yalandan "demokratiya qalası" kimi qələmə verməklə, müxtəlif qətnamələrlə Ermənistan öz gələcəyini təmin edə bilməz.
30 il ərzində Ermənistan suverenlik, ərazi bütövlüyü ifadəsini eşitmək belə istəmirdi.
Biz Ermənistanın siyasətində ardıcıllıq görmürük. Baş nazir bir şey deyir, digər rəsmilər tamam ayrı şeydən danışır. Gah deyirlər ki, Laçın yoluna BMT missiyası getməlidir, gah da deyirlər ki, yox, Ermənistan Laçın yolu ilə məşğul olmayacaq. Gah deyirlər ki, 1991-ci il Almatı bəyannaməsi iki ölkə arasında delimitasiyanın əsasını təşkil etməlidir, gah da iddia edirlər ki, anklav kəndlərin hüquqi əsası yoxdur. Gah da Ermənistan lideri BMT tribunasından deyir ki, Azərbaycan xəritədə bizə göstərsin ki, Ermənistanın əraziləri hansıdır".

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Shopify-da necə satışa başlamaq olar?
McDonalds haqqında maraqlı faktlar
Ən çox soruşulan müsahibə sualları hansılardır?
İnstaqramda biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız