"Euromoney" ABB-ni "İlin ən yaxşı bankı" seçdi

(®) Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan "Euromoney" jurnalı ABB-ni ölkə üzrə "İlin ən yaxşı bankı" seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of Excellence" mükafatının təntənəli təqdimatı tədbirində açıqlanıb və mükafat Banka təqdim olunub.

Müxtəlif kateqoriyalar üzrə "İlin ən yaxşı bankı" mükafatı ilə təltif edilən banklar sırasında Citibank, BBVA, HSBC, Akbank, İş Bankası və s. kimi bir sıra aparıcı maliyyə institutları var. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq olar.
1969-cu ildə yaradılmış "Euromoney" qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın "Award of Excellence" mükafatı maliyyə qurumları üçün ən nüfuzlu beynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində "Euromoney" mükafatların sahiblərini müəyyənləşdirir.
ABB bu mükafata aktivlərinin keyfiyyətinə, dayanıqlılığına, gəlirliliyinə, böyük müştəri bazasına, qlobal tərəfdaşlıq əlaqələrinə, rəqəmsallaşma layihələrinə görə layiq görülüb. Son illərdə "Euromoney" jurnalı bu mükafatı Azərbaycanda heç bir banka təqdim etmədiyindən ABB-nin 2024-cü ildə jurnalın "İlin ən yaxşı bankı" mükafatını qazanması xüsusilə əhəmiyyətlidir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu nüfuzlu mükafat müştəriyönümlü xidmətimizin, yenilikçi həllərimizin, güclü maliyyə performansımızın xoş nəticəsidir. Belə bir nailiyyət, müştərilərimizin, tərəfdaşlarımızın bizə inamı, komandamızın effektiv fəaliyyəti sayəsində mümkün olub. Bu mükafat strateji hədəflərimizə doğru düzgün yolla irəlilədiyimizi göstərir və bizi daim təkmilləşərək, daha böyük uğurlara çatmağa ruhlandırır. Bizə inanan bütün müştərilərimizə, tərəfdaşlarımıza, zəhmət və əzmkarlıqlarına görə ABB komandasına təşəkkürümüzü bildiririk".
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
/ marja.az

Banklar     Tarix: 19 iyul 2024

Oxşar xəbərlər

Avropa bankı Azərbaycanda "yaşıl iqtisadiyyat"ın maliyyələşdirilməsinə 100 milyon dollar ayıra bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda "Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi" (Green Economy Financing Facility - GEFF) proqramının işə salınması imkanlarını qiymətləndirir. Bu barədə AYİB-

"Unibank"da təyinat olub

"Unibank" KB ASC-nin Daxili audit bölməsinin rəhbəri təyin edilib. xəbər verir ki, bu vəzifəyə Nərgiz Əliyeva təyin edilib. Onun bu vəzifəsi "Unibank"da vakant idi. Qeyd edək ki, N.Əliyeva buna qədər "AccessBank"

Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib

Bank VTB (Azərbaycan) ASC-də aparılan struktur dəyişiklikləri çərçivəsində 15 oktyabr 2025-ci il tarixindən Əsgər Elyaz oğlu Kərimov Hüquq Departamentinin direktoru – Baş hüquq inzibatçısı vəzifəsinə təyin olunub. Yeni vəzifəsind

"İdeal Kredit" BOKT-un təsisçilərindən biri payını satıb - Hüseynov alıb

"İdeal Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsis paylarının 25 %-nə nəzarət edən Xuraman Qubadova payını satıb. Onun payını kənar investor - Eldar Hüseynov alıb. O, həm də təsis paylarının 75 %-n

Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub. Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 35-ə düşüb. VTB-d

"Azər-Türk Bank"ın nizamnamə kapitalı 100 milyon manatı keçdi

"Azər-Türk Bank" ASC-nin nizamnamə kapitalı artırılıb. xəbər verir ki, bankın nizamnamə kapitalı 79 milyon manatdan 10.,5 milyon manata çatdırılıb. Belə ki, bankın nizamnamə kapitalı  21.5 milyon manat artırılıb

Expressbankdan Metropoliten işçilərinə – ÖZƏL TƏKLİF

Expressbank Metropoliten İşçilərinin Peşə Bayramına özəl olaraq bu peşə sahiblərinə nağd pul kreditini KOMİSSİYASIZ təklif edir!. Yalnız 3-13 noyabr tarixləri aralığında bu peşə sahibləri 70 00 manatadək krediti 0% komissiy

ABB-dən Zəfər Günü ilə bağlı sosial kampaniya

ABB 8 Noyabr Zəfər Gününə özəl olaraq sosial məsuliyyət yönümlü keşbek kampaniyasına start verib. 1-15 noyabr 2025-ci il aralığında ABB-nin kartları ilə ödəniş edən müştərilərin qazandıqları keşbekin 10 AZN-ə qədər olan hissəsin

Ən ucuz nağd kredit təklif edən banklar – (noyabr 2025)

olaraq banklarda 2025-ci ilin noyabr ayı üzrə nağd pul kreditinin şərtlərini araşdırıb. Araşdırmaya əsasən, manatla istehlak krediti verən bankların faiz dərəcələri 9.5%-31.9% aralığında müəyyən edilib. Hansı bankın dah


iqtisadi xeberler bitcoin rubl mezenne bitkoin qiymeti online pul qazanmaq