"Expressbank" 2023-cü ilin ilk 6 ayını mənfəətlə başa vurub

"Expressbank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 6 milyon 320 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 8 milyon 28 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətinin azalması əməliyyat xərclərinin əməliyyat gəlirlərindən daha çox artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma ilə əlaqədardır.
Marja.az xəbər verir ki,"Expressbank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 14,4% aratraq 26 milyon 952 min manat, qeyri-faiz gəlirləri isə 4,2% artaraq 9 milyon 197 min manat təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
2023-cü ilin birinci yarısında "Expressbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 36 milyon 148 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 27 milyon 762 min manat, əməliyyat mənfəəti 8 milyon 387 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarında "Expressbank"ın cəmi əməliyyat gəlirləri 32 milyon 386 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 492 min manat, əməliyyat mənfəəti 8 milyon 895 min manat təşkil etmişdi. "Expressbank"ın xalis mənfəətinin cüzi azalması əməliyyat xərclərinin əməliyyat gəlirlərindən daha çox artması ilə əlaqədardır. Belə ki, Bankın əməliyyat mənfəətinin 3 milyon 762 min manat artmasına qarşılıq, əməliyyat xərcləri 4 milyon 270 min manat artıb. 
"Expressbank" ASC 2023-cü ilin birinci yarısında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 535 min manat ayırıb və 1 milyon 531 min manat mənfəət vergsi ödəyib. Ötən ilin eyni dövründə ehtiyatdan azad olmuş 869 min manat mənfəətə əlavə edilmişdi. 
BANK BÖYÜYÜB
"Expressbank" cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 12% artaraq 30 iyun 2023-cü il tarixində 489 milyon 458 min manat təşkil edib.
"Expressbank" kredit portfeli (müştərilərə verilmiş kreditlər) 18% və ya 53 milyon 461 min manat artaraq 350 milyon 545 min manata çatıb. Cari ilin ilk 6 ayında "Expressbank"ın istehlak kreditləri portfeli 15 milyon 968 min manat aratraq 175 milyon 337 min manata, biznes kreditləri portfeli 9 milyon 345 min manat aratraq 105 milyon 190 min manata, ipoteka kreditləri portfeli isə 28 milyon 147 min manat aratraq 70 milyon 17 min manata yüksəlib.
"Expressbank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 1,5% və ya 2 milyon 931 min manat aratarq 196 milyon 38 min manata yüksəlib. O cümlədən, fiziki şəxsləri depozitləri 4 milyon 212 min manat artaraq 155 milyon 450 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 1 milyon 283 min manat azalaraq 40 milyon 587 min manata düşüb. 
30 İyun 2023-cü il tarixində"Expressbank" 121 milyon 375 min məcmu kapitala malik olub.

Banklar     Tarix: 24 iyul 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes dollar kursu biznes krediti