Expressbank Aqrar Biznes Festivalında iştirak edib
®Expressbank Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş şəhərində keçirilən Aqrar Biznes Festivalının rəsmi tərəfdaşı olub.
Aqrar sektorun maliyyə imkanlarını artırmaq, fermer və sahibkarları mövcud və yeni dəstək mexanizmləri barədə maarifləndirmək məqsədilə həyata keçirilən festival çərçivəsində "Dövlətin maliyyə mexanizmləri" mövzusunda panel müzakirə baş tutub. Paneldə Expressbankın nümayəndəsi İnayət Qarayev fəal iştirak edərək festival iştirakçılarının suallarını ətraflı cavablandırıb.
Bununla yanaşı, Bank nümayəndələri aqrar sektorda fəaliyyət göstərən sahibkar və fermerlərlə birbaşa ünsiyyət quraraq, bankın təqdim etdiyi maliyyə alətləri, kredit imkanları və kənd təsərrüfatına yönəlik xüsusi məhsullar barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Expressbank bu cür panel sessiyalarının ölkənin müxtəlif iqtisadi bölgələrində davamlı olaraq təşkilini daim dəstəkləyir.
Bankın kənd təsərrüfatı subyektlərinin inkişafına dəstək üçün nəzərdə tutulan məhsulları ilə daha ətraflı buradan tanış ola bilərsiniz. / banker.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?