Expressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcək

Expressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tələbələr arasında intellektual yarış keçirdi. Bank müsabiqədə qalib gələn 5 tələbəni 2023-2024-cü tədris ili müddətində aylıq 150 AZN təqaüdlə təmin edəcək.
İntellektual yarış Azərbaycan Dövlət İqtisad Universitetinin I, II və III kurs tələbələri
arasında keçirildi. Tələbələrin böyük marağına səbəb olan yarışda 15 komanda
qalibiyyət üçün mübarizə apardı. Üç raunddan ibarət yarışda "RARS" komandası ən çox xal toplayaraq I yer oldu. "QƏZƏLXAN" komandası ikinci yerə, "AVENGERS" komandası isə üçüncü yerə layiq görüldü. I yeri tutan komandanın hər bir üzvü tədris ili boyunca "Expressbank"dan aylıq 150 AZN təqaüd alacaqlar. Bank həmçinin II və III yerləri tutan komandalara da dəyərli mükafatlar təqdim etdi.
"Heydər Əliyev İli"nə həsr olunmuş təqaüd proqramı ilə bağlı Expressbank ASC-nin İdarə Heyətinin sədri Mehman Məmmədov bildirdi: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrü Azərbaycanın dövlətçilik tarixi üçün xüsusi əhəmiyyət kəsb edir. Onun ölkəyə rəhbərliyi dövrü digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi sayılır. Görkəmli siyasi liderin gənclərə, təhsilə olan diqqət və qayğısı isə xüsusilə diqqət çəkib. Biz də Ümummilli Liderin bu ənənəsinə sadiq qalaraq tələbələrə dəstəyik və hər zaman da olacağıq. Gənclər bizim gələcəyimizdir. Qalibləri bankımız adından təbrik edir, hər bir tələbəyə təhsilində uğurlar diləyirik".
Qeyd edək ki, Expressbank mütəmadi olaraq tələbələrlə görüşlər təşkil edir, bank
sektoru ilə bağlı müxtəlif təlimlər həyata keçirir.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və
xidmətləri ilə saytından, 132 Məlumat Mərkəzindən və ya sosial
şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Expressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcəkExpressbank beş tələbəni bir illik təqaüd ilə təmin edəcək/ banker.az

Banklar     Tarix: 09 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq