"Expressbank" daha da böyüyüb, gəlirləri artıb
"Expressbank" ASC bu ilin 2-ci rübünü 6 milyon 320 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 8 milyon 28 min manat olub.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında "Expressbank"ın gəlirləri 36 milyon 150 min manat (illik müqayisədə 12% çox), xərcləri 27 milyon 762 min manat təşkil edib.
Bu il iyulun 1-nə "Expressbank"ın aktivləri 489 milyon 458 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 12% çoxdur. Bunun 350 milyon 545 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 18% böyüyüb.


ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c
Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz