Expressbank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib

Expressbank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib®Expressbank 2025-ci il 13-16 may tarixləri ərzində keçirilən "Caspian Agro 2025" – 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi nəzdində baş tutan II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda tərəfdaş qismində iştirak edib.
Forumun 4-cü panelində "Dövlətin maliyyə mexanizmləri" mövzusunda Expressbankın Mikro kredit şöbəsinin müdiri Yaşar Cabarov çıxış edib. O, çıxışında Expressbankın aqro kredit satışları, bu sahədə sahibkarlara təqdim edilən maliyyə alətləri və kreditləşmə şərtləri barədə ətraflı məlumat verib. Yaşar Cabarov qeyd edib ki, bankın məqsədi aqrar sektorda fəaliyyət göstərən mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmaq, onların dayanıqlı inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, Expressbank ölkədə kənd təsərrüfatının inkişafına töhfə vermək, bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq və onları dayanıqlı biznes tərəfdaşlığı ilə dəstəkləmək məqsədilə bir sıra əlverişli bank məhsulları və xidmətləri təqdim edir.  
Məhsullar haqqında daha ətraflı məlumatı Bankın saytından əldə edə bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Expressbank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edibExpressbank II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda iştirak edib/ banker.az

Banklar     Tarix: 19 may 2025

Oxşar xəbərlər

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari