"Expressbank" ilin ikinci rübünü 8 milyon manat mənfəətlə başa vurdu

(®) "Expressbank" ASC müasir dünyamızda maliyyə və bank sektoruna aid olan ən son innovasiyaları və yenilikləri fəaliyyət mexaniziminə tətbiq edərək ölkənin aparıcı banklarından birinə çevrilmişdir. Bank müvəffəqiyyət tarixinə daha bir uğurlu statistik göstəricini əlavə etmişdir.
Bankın yaydığı məlumatda bildirilir ki, bu dəfə "Expressbank" ASC 2022-ci ilin ikinci rübünü 8 milyon manat mənfəətlə başa vurub. Xüsusilə bildirmək istərdik ki, keçən ilin ikinci rübü ilə müqayisədə bu ilin ikinci rübünü 30% artım ilə tamamlamaqla olduqca uğurlu nəticə əldə etmişdir.
Aktivlərin həcmində artım qeydə alınmışdır
Yuxarıda da qeyd etdiyimiz üzrə bank bir çox komponentlərdə keçən ilin ikinci rübü ilə müqayisədə 2022-ci ilin ikinci rübündə də artım əldə etmişdir. Bu uğurlu nəticə bankın aktivlərinin həcminə də öz təsirini göstərmişdir. Bankın aktivləri keçən ilin sonu ilə müqayisədə 5% artaraq 369,581 milyon manat olmuşdur.
Depozit portfelinin həcmi böyümüşdür
Bank-müştəri münasibətlərində olan inam və güvən özünü bu dəfə də statistik göstəricilərdə göstərmişdir. Belə ki, bankın keçən ilin sonu ilə müqayisədə bu ilin ikinci rübündə depozit portfelinin həcmi 6% artmış və 165,528 milyon manat olmuşdur.
Kreditlərin ümumi payında artım qeydə alınıb
"Expressbank" ASC hər zaman müştərilərinin arzularını gerçəkləşdirməsi üçün sərfəli və uyğun şərtlərlə kredit məhsullarını təklif edir. Müştərilər üçün həyata keçirilən sərfəli və uyğun kampaniyalar onların böyük marağına səbəb olmuş və bu özünü kredit müraciətlərində də əks etdirmişdir. Ötən ilin sonu ilə müqayisədə bu ilin ikinci rübündə bankın ümumi kredit portfeli artmış və 273,345 milyon manat olmuşdur.
Kapitalın həcmində artım müşahidə olunub
Hesabatda kapital həcminə aid olan artımı da xüsusi olaraq vurğulaya bilərik. Ötən ilin sonu ilə müqayisədə 2022-ci ilin ikinci rübündə bankın kapitalında da artım olmuşdur. Kapital həcmi 6% artaraq 132,256 milyon manat nəticə göstərmişdir.
2022-ci ilin ikinci rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə "Expressbank" ASC-nin həm faiz gəlirləri, həm də qeyri-faiz gəlirlərində də artım olmuşdur. İlin ikinci rübündə bankın faiz gəlirləri 16% artaraq 23,566 milyon manat məbləğinə, qeyri-faiz gəlirləri isə 23% artaraq  8,822 milyon manat məbləğinə çatmışdır.
Bütün statistik nəticələri izləyərkən qeyd edə bilərik ki, "Expressbank" ASC-nin ikinci rüb üzrə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 18,906 milyon manat olmuşdur. 
2022-ci ilin ikinci rübünün göstəricilərinə əsasən, "Expressbank" ASC-nin cari ilin ikinci rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 33.93%, məcmu kapitalın adekvatlıq əmsalı 37.23% və leverec əmsalı isə 30.94% təşkil edib. Həmçinin bankın məcmu kapitalı ikinci rüb üzrə 129,349 milyon manat olmuşdur. Bu göstərici Mərkəzi Bankın müəyyən etdiyi normadan 2 dəfədən çox artıq olmaqla bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu bir daha nümayiş etdirir.
Xüsusilə qeyd etmək istərdik ki, iqtisadi və maliyyə sektorunda adekvatlıq, müştəri portfelinin artım tempinin inkişafı, gəlir potensialı və şəffaflıq kimi meyarlar üzrə dəyərləndirmə aparan "Fitch Ratings" agentliyi "Expressbank" ASC-nin fəaliyyətinə yüksək qiymət verərək bankın reytinqini "B" səviyyəli "stabil" proqnozu ilə təsdiqləyib.
"Expressbank" ASC hər zaman maliyyə və bank sektorunda uğurlu, məhsuldar və yenilikçi fəaliyyətini davam etdirməkdən və bütün kateqoriyalar üzrə müvəffəqiyyətlə irəliləməkdən məmnunluq duyur və bu fəaliyyətini daha da təkmilləşdirəcəkdir.
Bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı Bankın rəsmi saytına www.expressbank.az  daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Banklar     Tarix: 18 iyul 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank