Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib®Expressbank "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib.
Layihə çərçivəsində Qusarın Böyük Muruq, Düztahir, Gican, Mucuq, Əniq, Aladaş, Laza, Kuzun, Suvacal, Yuxarı Qələnxur və Zuxul kənd məktəblərində 2026-cı ilin sentyabr ayında birinci sinfə başlayacaq 60-dan çox məktəbliyə məktəb ləvazimatları hədiyyə olunub.
Bununla yanaşı uşaqlar üçün ilkin maliyyə savadlılığı üzrə maarifləndirici təlim də keçirilib. Təlim zamanı məktəblilərə istək və ehtiyac anlayışlarının fərqi, şəxsi büdcənin formalaşdırılması və vəsaitlərdən düzgün istifadə barədə yaşlarına uyğun, sadə və praktik məlumatlar verilib. Həmçinin uşaqlara istəkləri və ehtiyacları daha asan fərqləndirmələrinə kömək etmək məqsədilə şəkilli yaddaş vərəqləri təqdim olunub.
Korporativ sosial məsuliyyət prinsiplərinə hər zaman sadiq qalan Expressbank təhsilə dəstək istiqamətində həyata keçirdiyi "Aydın Sabahlar" layihəsi ilə artıq üçüncü ildir ki, ucqar kəndlərdə yaşayan uşaqların təhsil həyatına atılan ilk addımlarına töhfə verir. Qeyd edək ki, Expressbank "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsini daha əvvəlki illərdə Qubanın və Lənkəranın ucqar kənd məktəblərində həyata keçirib. Layihə çərçivəsində ölkəmizin ucqar kəndlərində ümumilikdə 200-ə yaxın uşağın birinci sinfə başlamasına dəstək göstərilib. Bank gələcək nəsillərin inkişafına və onların daha yaxşı imkanlarla təmin olunmasına yönələn sosial təşəbbüslərini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.
Qeyd edək ki, Expressbank Bakı, Qusar və başqa regionlarda 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / banker.az

Banklar     Tarix: 08 sentyabr 2026

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq