Expressbank Uşaq Onkologiya Mərkəzini ziyarət edib
®Expressbank Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə Milli Onkologiya Mərkəzi nəzdində fəaliyyət göstərən Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət edib.
Ziyarət zamanı Bank nümayəndələri uşaqlarla söhbət edib, onların arzularını bölüşüblər. Xərçənglə mübarizədə qalib tərəf olacaqlarını ifadə edən "Qalib sənsən!" şüarı ilə onlarda ruh yüksəkliyi yaradan çıxışlar ediblər. Həmçinin hər bir uşağa Expressbank tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
"Hər zaman ictimaiyyətin yanında və hafizəsində özünəməxsus yer tutmaqla onlar üçün dəyər yaratmaq və bununla dəyər qazanmaq" hədəfi ilə çıxış edən Expressbank uşaqlara yönəlik tədbirlərilə gələcəyimizin memarlarını daim diqqətdə saxlayır.
Belə ki, bundan öncə uşaqların inkişafına və təhsilinə yönəlik bir çox tədbirlər və ianələr Bank tərəfindən həyata keçirilib.
Expressbank Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?