Expressbank – YENİ ÜNVANDA
®Expressbank müştərilərinin rahatlığını düşünərək Nəsimi filialını yeni – Bülbül prospekti 23 ünvanınnda istifadəyə verib.
Müasir bankçılıq standartlarına uyğun dizayn edilmiş bu filialın geniş və rahat xidmət zalı həm fərdi, həm də biznes müştərilərinə çevik xidmət göstərməyə imkan verir.
Filialda müştərilərin bütün bank əməliyyatlarını – kreditlərin rəsmiləşdirilməsi, əmanətlərin yerləşdirilməsi, kart sifarişi, eləcə də kassa-hesablaşma xidmətlərini operativ şəkildə həyata keçirməsi üçün hər bir detal nəzərə alınıb. Həmçinin, filialın girişində quraşdırılmış 24/7 xidmət zonası vasitəsilə müştərilər günün istənilən vaxtı müasir NFC ATM və ödəniş terminallarından istifadə edərək müxtəlif bank əməliyyatlarını sərbəst şəkildə icra edə bilərlər.
Qeyd edək ki, filialda fiziki şəxslərlə yanaşı, kiçik, orta və böyük sahibkarlıq subyektləri üçün geniş çeşidli biznes bankçılıq xidmətləri də təqdim edilir.
Bankın strateji hədəfi rəqəmsal innovasiyaların tətbiqi ilə fiziki xidmət şəbəkəsini təkmilləşdirmək və paytaxtın əlçatan nöqtələrində müştərilərə üstün bankçılıq təcrübəsi təqdim etməkdir.
"Expressbank" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla 16 filialı ilə fəaliyyət göstərir.
Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.


/ banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət