Expressbankın fiziki şəxslər üzrə depozit portfeli 35 milyon manat artıb

Expressbankın fiziki şəxslər üzrə depozit portfeli 35 milyon manat artıbExpressbank 2025-ci ilin ll rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Expressbank-ın yaydığı press-relizdə bildirilir ki, Bankın bu dövr ərzində əldə etdiyi göstəricilər onun maliyyə dayanıqlığı, müştəri etimadı və bazarda artan aktivliyi ilə bağlı müsbət nəticələri əks etdirir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın kreditlər üzrə faiz gəlirləri 28%-lik artımla 38 milyon manata yaxınlaşıb. Bu nəticə, ilk növbədə, Bankın kredit məhsullarına olan yüksək tələbin və genişlənən müştəri bazasının göstəricisidir. Xüsusilə biznes kreditləri və daşınmaz əmlak kreditləri üzrə müşahidə olunan artım bu tendensiyanı gücləndirib. Ümumilikdə isə Bankın faiz gəlirləri ötən dövrlə müqayisədə 23% -dən çox artım göstərərək 39 milyon manatı ötüb.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozit portfeli də artım göstərərək 237 milyon manatı ötüb. Bu da əvvəlki dövrlə müqayisədə 35 milyon manata yaxın, təxminən 17% -dən çox artım deməkdir. Bu artım Expressbankın müştəri etimadını qazanmaqda və qorumaqda nə qədər uğurlu olduğunun bariz göstəricisidir.
Cari ilin ilk 6 ayı üzrə Bankın əməliyyat mənfəəti 10 milyon 585 min AZN, məqsədli ehtiyatlar və vergi xərcləri çıxıldıqdan sonra xalis mənfəət 4 milyon 298 min AZN təşkil edir.
Expressbank 2025-ci ilin ikinci rübündə nümayiş etdirdiyi bu nəticələrlə bank sektorunda müsbət dinamika nümayiş etdirən dayanıqlı maliyyə qurumlarından biri kimi çıxış etməyə davam edir. Məlumat üçün bildirək ki, ​beynəlxalq reytinq agentliyi "Fitch Ratings" 2024-cü ilin oktyabr ayında Expressbankın uzunmüddətli emitent defolt reytinqini "B" səviyyəsindən "B+" səviyyəsinə yüksəldib və proqnozunu "sabit" olaraq müəyyən edib.​ Bankın audit hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti aparır. / marja.az

Banklar     Tarix: 15 iyul 2025

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq