"Expressbank"ın kreditlərinə tələb var - PORTFELİ DAHA DA BÖYÜYÜB

2022-ci ilin ilk 6 ayı ərzində (yanvar-iyun dövründə) "Expressbank" ASC tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 11 milyon 906 min manat artaraq 30 iyun 2022-ci il tarixində 273 milyon 345 min manata çatıb. 
Marja.az xəbər verir ki, bankın istehlak kreditləri portfeli 11 milyon 404 min manat artaraq 149 milyon 391 min manata, ipoteka kreditləri portfeli 2 milyon 797 min manat artaraq 36 milyon 734 min manata yüksəlib. Eyni dövrdə, biznes kreditləri portfeli 2 milyon 294 min manat azalaraq 87 milyon 221 min manata düşüb.
Müştərilərə verilmiş xalis kreditlər (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli) 14 milyon 898 min manat artaraq 265 milyon 454 min manat təşkil edib. 
Qeyd edək ki, "Expressbank" müştərilərinin bu yay pullarını kredit ödənişlərinə deyil, istirahətə xərcləmələri üçün sərfəli kredit kampaniyası başlatmışdır. Kreditlərinizi "Expressbank"a gətirib və ilk 2 ay əsas borca güzəşt olmaqla yalnız faiz ödənişlərini edib, əsas borc hissəsini isə 2 ay sonra ödəməklə 30.000 manatadək nağd pul kreditini heç bir  komissiya və ya sığorta haqqı olmadan əldə edə bilərsiniz. Üstəlik balansında 10.000 manatadək Expresso Standart, GOLD və Platinum kredit kartları müştərilərə hədiyyə olunur.
Həmçinin oxu
Bu bank çox yaxşı işləyib, xalis mənfəəti kəskin artıb

Banklar     Tarix: 19 iyul 2022

Oxşar xəbərlər

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd


iqtisadi xeberler en son xeberler kripto avtomobil xeberleri birbank