"Expressbank"ın son maliyyə vəziyyəti açıqlanıb - 4,3 MİLYON MANAT XALİS MƏNFƏƏT

"Expressbank" ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 4 milyon 298 min manat xalis mənfəət ilə başa vurub. Bank 2024-cü ilin eyni dövrünü 6 milyon 19 min manat xalis mənfəət ilə bağlamışdı. "Expressbank"ın xalis mənfəətinin 1 milyon 721 min manat və ya 28,6% azalması bu ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha böyük məbləğdə vəsait ayrması ilə əlaqədardır. İlk 6 ayda "Expressbank"ın faiz gəlirləri və onun hesabına əməliyyat mənfəəti artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayı ərzində 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə "Expressbank" faiz gəlirləri 7 milyon 444 min manat və ya 23,1% artaraq 39 milyon 629 min manat, qeyri-faiz gəlirləri isə 505 min manat və ya 5,2% azalaraq 9 milyon 271 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
"Expressbank" 2025-ci ilin 1-ci yarısında 10 milyon 585 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 777 min manat və ya 7,9% çoxdur.
Bu il "Expressbank"ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırdığı məbləğ 2,3 dəfə artaraq 5 milyon 18 min manat təşkil edib.  
KREDİT PORTFELİ BÖYÜYÜB
2025-ci ilin ilk 6 ayında "Expressbank"ın kredit portfeli 689 min manat artaraq 502 milyon 649 min manata çatıb. O cümlədən, bankın biznes kreditləri portfeli 4 milyon 673 min manat, ipoteka kreditləri portfeli 4 milyon 226 min manat artıb, istehlak kreditləri portfeli 8 milyon 211 min manat azalıb.
30 İyun 2025-ci il tarixində "Expressbank" ASC 614 milyon 16 min manat cəmi aktivlərə malik olub.
BANKDA CƏMİ DEPOZİTLƏR ARTIB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk 6 ayı ərzində "Expressbank"da depozitlər 15 milyon 718 min manat və ya 6% artaraq 277 milyon 809 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 34 milyon 872 min manat artaraq 237 milyon 191 min manata qalxıb, üquqi şəxslərin depozitləri 19 milyon 155 min manat azalaraq 40 milyon 617 min manata düşüb.
137 MİLYON MANATA YAXIN MƏCMU KAPİTALI VAR
30 iyun 2025-ci il tarixində "Expressbank" ASC 136 milyon 678 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 16 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq