Fəal banklar seçib - "Bankçılıq Mükafatları- 2024
11 aprel 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin 35-ci və onun törəmə qurumu olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyətinin 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir zamanı ABA-nın təşkilatçılığı ilə "Bankçılıq Mükafatları – 2024" adlı tədbiri də baş tutub.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının sədrləri və ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri iştirak edib.
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2024-cü ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının, rəqəmsallaşmanın dəstəklənməsi tədbirləri, həmçinin digər tədbirlər reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə fəal bankları seçib.
Belə ki, 2024-cü il üçün:
"Korporativ sosial məsuliyyət" nominasiyası üzrə "ABB" ASC, Accessbank" QSC, "Azərbaycan Sənaye Bankı" ASC, "Bank BTB" ASC, "Bank of Baku" ASC, "Bank VTB (Azərbaycan)" ASC, Expressbank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, ASC "Xalq" Bankı, "TuranBank" ASC, "Unibank KB" ASC, "Bank Respublika" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC, "Yelo Bank" ASC, "Ziraat Bank Azərbaycan" ASC, "AFB Bank" ASC mükafatlandırılıb.
"Maliyyə savadlılığı dəstəkçisi" nominasiyası üzrə "ABB" ASC, "Accessbank" QSC, Azərbaycan Kredit Bürosu, "PAŞA Bank" ASC, "Unibank KB" ASC, "Expressbank" ASC, "Azər Türk Bank" ASC, "Azər Türk Bank" ASC mükafata layiq görülüb.
"Təhsil dəstəkçisi" nominasiyası üzrə isə "Bank VTB (Azərbaycan)" ASC, "Expressbank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC, "Yelo Bank" ASC, "ABB" ASC, "Bank Respublika" ASC, "Kapital Bank" ASC, "Ziraat Bank Azərbaycan" ASC təltif edilib.
"Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü" nominasiyası üzrə "ABB" ASC, "Accessbank" QSC, "Rabitəbank" ASC, "Ziraat Bank Azərbaycan" ASC, "Bank Respublika" ASC, "Kapital Bank" ASC mükafatlandırılıb.
"Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi" nominasiyası üzrə "Azər Türk Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "ABB" ASC, "Bank Respublika" ASC, "Kapital Bank" ASC, "Ziraat Bank Azərbaycan" ASC təltif edilib.
"Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə layihələri" nominasiyası üzrə "Bank of Baku" ASC, "Kapital Bank" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC mükafatlandırılıb.
"Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)" nominasiyası üzrə "Bank of Baku" ASC, "Bank VTB (Azərbaycan)" ASC, "Expressbank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC, "Yapı Kredi Bank Azərbaycan" QSC, ASC "Xalq" Bankı, "Yelo Bank" ASC, "Ziraat Bank Azərbaycan" ASC, "ABB" ASC, "Kapital Bank" ASC, "Bank Respublika" ASC mükafatlandırılıb.
Təbirin sonunda "ABA-nın fəaliyyətinə verdiyi dəstəyə görə" nominasiyası üzrə
Cenk Yüksel - "Yapı Kredi Bank Azərbaycan" QSC;
Çingiz Əsədov - "Bank Respublika" ASC;
Ramin Məmmədov - "Yapı Kredi Bank Azərbaycan" QSC;
"Bank Avrasiya" ASC;
"Premium Bank" ASC;
Bank Melli İran Bakı filialı;
Mükafatlandırılmışlar. / marja.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?