Fermerlərə 500 000 manat zərər ödənişi verildi
Mart ayında Şəkidə baş vermiş təbii fəlakət nəticəsində təsərrüfatlarına zərər dəymiş fermerlərə sığorta ödənişi verilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Şəki rayonunun Turan qəsəbəsi, Şəki kəndi, Dərəcənnət, Sarıca, Bolludərə, Qayabaşı, Qaratorpaq, Çayqaraqoyunlu və digər kəndlərində baş verən güclü fırtına əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Məhsullarını sığortalayan fermerlər tərəfindən Aqrar Sığorta Fonduna məlumat verildikdən sonra müstəqil ekspertlər sahələrə dəyən zərəri qiymətləndiriblər. Qiymətləndirmə zamanı Şəkidə 354 müqavilə üzrə 500 000 manat zərər ödənişi öz təsdiqini tapıb.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun sözlərinə görə, bu günlərdə Qobustan rayonunda fırtınadan zərər çəkən təsərrüfatların sahiblərinə 300 000 manat sığorta vəsaiti ödənilib. Artıq Şəki üzrə də ümumilikdə 500 000 manat məbləğində zərər ödənişlərinə başlanılıb: "Artıq aqrar sığorta sistemi ölkənin bütün bölgələrində tətbiq olunaraq istehsal həcminin təxminən 95 faizini əhatə edir. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər aqrar sığorta sisteminin xidmətlərindən istifadə edə bilərlər".
Aqrar Sığorta Fondu tərəfindən ilin sonunadək bitkiçilik təsərrüfatlarında baş verən hadisələrlə bağlı 3 mln manat zərər ödənişlərinin edilməsi gözlənilir.
Qeyd edək ki, 2021-2022-ci il əkin mövsümündə Şəkidə 3279 sığorta müqaviləsi üzrə 27283 hektar təsərrüfat sığortalanıb. Sığortalanmış ərazilərin 90%-ni taxıl, 10%-ni fındıq sahələri təşkil edir. / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Biznes planı necə yazmaq lazımdır?
5 liderlik göstəricisi
Layihə menecmenti nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Shopify-da necə satışa başlamaq olar?