Fermerlərə sığorta ödənişlərinə başlanılıb
Aqrar Sığorta Fondu tərəfindən sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. Artıq dəymiş zərərin 2 500 000 manatı ötdüyü təsdiqini tapıb.
Aqrar Sığorta Fondu tərəfindən qiymətləndirilməsi tamamlanmış payızlıq əkin sahələri üzrə aqrar sığorta ödənişlərinə başlanılıb. İlk sığorta dənişləri Neftçala rayonundan olan fermerlərə təqdim edilib.
Rayonun Xəzər kəndi ərazisində sığortalanmış ərazilər əsasən sel, subasma və 3-cü şəxlərin hərəkətlərindən ziyan çəkib. Zərərlərin qiymətləndirilməsi 2 mərhələdə fermerlərin iştirakı ilə müstəqil ekspertlər tərəfindən həyata keçirilib.
Neftçala rayonu kənd təsərrüfatı sahəsində risklər baxımından həssas bölgə hesab olunur. Ötən mövsüm sığortalanmamış bir çox əkin sahələri də zərərə məruz qalsa da, yalnız sığorta xidmətlərindən faydalanan fermerlər öz gəlirlərini qoruya biliblər.
Sığorta ödənişlərinin həyata keçirilməsinə həsr olunmuş tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır. Əkin sahələri üzrə də ödənişlərin həyata keçirilməsi aqrar sığorta mexanizminin tam həcmdə işə düşdüyünü və fermerlərin qazancını qoruduğunu göstərir.
Hazırda Aqrar Sığorta Fondu tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortlandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.
Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amildir. Kənd təsərrüfatı sahələrinin baş verə biləcək risklərdən sığortalanması bölgələrdə məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə, kənd təsərrüfatı sahəsində ixrac potensialının yaxşılaşdırılmasına imkan verəcək.

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İban nədir?
Marketinq nə demədir?
IBAN nədir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?