"Finans İnvest" BOKT ötən ili zərərlə başa vurub
"Finans İnvest" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 111 min manat zərərlə başa vurub. 2021-ci ildə BOKT-un zərəri 80 min manat olub ki, bu da illik müqayisədə 39% artımdır.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il "Finans Invest" BOKT-un faiz gəlirləri 69 min manat (əvvəlki ilə nisbətən 27% az), faiz xərcləri 2 min manat (38% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Finans Invest"in aktivləri 1 milyon 510 min manat olub ki, bu da illik müqayisədə 13.5% azdır. Bunun 1 milyon 252 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Xatırladaq ki, "Finans İnvest" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.


"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd
Türk İnkişaf Bankı yaradıla bilər
Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə