"Fitch" Azərbaycanın reytinqini "BBB-" səviyyəsinə yüksəltdi

Beynəlxalq kredit reytinqi təşkilatı "Fitch Ratings" Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defolt reytinqini (IDR) "BB+" səviyyəsindən "BBB-" səviyyəsinə yüksəldib. Proqnoz "Sabit"dir.
Bu barədə Marja.az "Fitch Ratings"in yaydığı məlumata istinadən xəbər verir.
Məlumatda bildirilir:
Güclü Xarici Balans:
2024-cü ildə suveren xarici valyuta aktivləri 74 milyard ABŞ dollarına (proqnozlaşdırılan ÜDM-in 98%-i) yaxınlaşacaq ki, bu da 2010-cu ildə Azərbaycanın reytinqini ilk dəfə investisiya dərəcəsinə yüksəltdiyimiz zaman 55%-dən əhəmiyyətli dərəcədə yuxarıdır. 
2024-cü ildə ÜDM-in 71%-i (2010-cu ildə ÜDM-in 50%-i) səviyyəsində proqnozlaşdırılan Azərbaycanın xalis suveren aktiv mövqeyi "BBB" və "A" suveren reytiqnləri arasında ən yüksək səviyyədə qalacaq. Suveren xarici valyuta aktivlərinin 80%-i Azərbaycanın Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının ehtiyatlarındadır.
Cari Hesabın Davamlı Profisiti
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2024-cü ildə proqnozlaşdırılan ÜDM-in 9,3%-dən 2026-cı ildə 6,4%-ə qədər azalacaq, lakin neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, "BBB" kateqoriyasında ən yüksək olaraq qalacaq (neft və qaz gəlirləri ümumi ixracın 89 faizini təşkil edir). Fitch, Azərbaycanın xalis xarici kreditor mövqeyinin 2024-cü ildə ÜDM-in 154%-nə qədər möhkəmlənəcəyini və "BBB" suveren reytinqləri arasında ən güclü olduğunu təxmin edir.
Davamlı Fiskal Profisitlər
Fitch, maliyyə siyasətinin güclü suveren xarici aktivlərin saxlanmasına və makroiqtisadi disbalansın yaranmasının qarşısının alınmasına, neft qiymətlərinin dəyişkənliyini idarə etmək üçün adekvat siyasət buferlərinin qorunmasına uyğun olacağını gözləyir. Fitch, Azərbaycan hökumətinin dövlət maliyyəsinin neftdən asılılığını azaltmaq öhdəliyini qoruyacağını gözləyir. 
Fitch neft qiymətlərinin yüksək olduğu əvvəlki dövrlərlə müqayisədə daha ehtiyatlı fiskal siyasətlə dəstəklənən gücləndirilmiş suveren xarici buferləri Azərbaycanın xarici şoklara və neft qiymətlərinin dəyişkənliyinə qarşı dayanıqlığını yaxşılaşdıracağını hesab edir. Azərbaycan Mərkəzi Bankının daxili likvidliyi idarə etmək üçün siyasəti gücləndirilib, valyuta tələbini idarə etmək üçün alətləri genişləndirilib, bank sektorunun sağlamlığı yaxşılaşdırılıb, o cümlədən xarici borcun azalması və maliyyə dollarlaşması baxımından valyuta riskinə məruzqalma azaldılıb, nəticədə de-fakto milli valyutanı qorumaq qabiliyyəti artırılıb.
Aşağı dövlət borcu:
2023-cü ildə əvvəllər daxili zəmanət verilmiş borcun tanınması səbəbindən dövlət borcunun 10 bənd artaraq ÜDM-in 21,8%-nə çatmasından sonra 2026-cı ilə qədər dövlət borcunun cüzi şəkildə ÜDM-in 22,7%-nə qədər artacağını proqnozlaşdırırıq ki, bu da Fitch-in investisiya səviyyəli suverenləri arasında ən aşağı göstəricilərdən biridir. Son illər xarici borc mütləq şəkildə azalıb, valyuta tərkibi yaxşılaşıb və xarici borcun təxminən üçdə ikisi rəsmi kreditorların payına düşür. 
Pul Siyasətinin İnkişafı
Mərkəzi Bank valyuta məzənnəsindən aralıq əməliyyat hədəfi kimi istifadə edir və 2022-ci ildən artıq daxili likvidliyi idarə etmək və əsas siyasət dərəcəsinin ötürülməsini artırmaq imkanlarını təkmilləşdirmişdir. Pul siyasəti çərçivəsi "BBB-" reytinqi olan ölkələr ilə müqayisədə nisbətən zəif olaraq qalır və inkişaf etməmiş kapital bazarları, həddindən artıq likvidlik, aşağı maliyyə vasitəçiliyi və hələ də nisbətən yüksək maliyyə dollarlaşması ilə məhdudlaşır (2024-cü ilin mayında 40%, lakin bu, 2015-ci ilin sonunda 81.6% zirvəndən iki dəfə azdır).
Biz hesab edirik ki, hakimiyyət orqanlarının ortamüddətli perspektivdə daha çox çevikliyə imkan vermək məqsədini bəyan etməsinə baxmayaraq, faktiki məzənnənin ABŞ dollarına nisbətdə saxlanması üçün hələ də güclü siyasi prioritet var.
İnflyasiya
İllik inflyasiya 24-cü ilin birinci yarısında Mərkəzi Bankın hədəf diapazonundan (4%±2 faiz bəndi) aşağıda qalıb və 2024-cü ildə orta hesabla 3.5% təşkil edəcək və 2026-cı ilə qədər 4.7%-ə yüksələcək ki, bu da "BBB" üçün proqnozlaşdırılan 2.5%-dən yüksəkdir. Azərbaycan Mərkəzi Bankı may ayından etibarən yumşalma (faizləri azaltmaq) dövrünü dayandırıb. Tənzimlənən qiymətlərin artırılması və proqnozlaşdırılan artım nəticəsində inflyasiyanın gözlənilən yüksəlməsini nəzərə alaraq uçot dərəcəsinin əlavə endirimlərini gözləmirik.
İqtisadi artım
Neft hasilatının daha yavaş azalması və Qarabağın yenidən qurulmasının müsbət təsirləri səbəbindən artım tsiklik olaraq 3,2%-ə qədər bərpa olunacaq. Biz artımın 2025-ci ildə 2,7%-ə, 2026-cı ildə isə 2,3%-ə qədər yavaşlamasını gözləyirik. Hələ də iqtisadi artım dövlət investisiyaları tərəfindən dəstəklənir.
Yeni neft hasilatının azalması tempinin yavaşlaması və təbii qaz hasilatının daha yüksək olması səbəbindən neft sektorunun geriləməsi əvvəlki illərə nisbətən azalacaq. 
İqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyiş dövlətin böyük mövcudluğu, əlverişli maliyyələşdirməyə məhdud çıxış, idarəetmə problemləri və enerjidənkənar xarici investisiyaların aşağı olması ilə məhdudlaşır.
Sülh Sazişi üzrə danışıqlar
Azərbaycan 2023-cü ilin sonunda Qarabağın bərpasından sonra sülh sazişinin əldə edilməsi üçün Ermənistanla birbaşa danışıqları davam etdirir. Sərhədin delimitasiyası və demarkasiyası və Naxçıvana (Cənubi Ermənistandan keçməklə) quru dəhlizinin tikintisi ilə bağlı həll olunmamış məsələlər mövcuddur. Azərbaycan Ermənistan konstitusiyasına Qarabağ ərazisinə iddialrın aradan qaldırılması üçün dəyişiklik tələb edir ki, bu da İrəvan hökuməti üçün siyasi baxımdan çətin ola bilər. Fitch münaqişənin tam şəkildə hərbi eskalasiyasını gözləmir.
"Fiç Reytingz" agentliyinin hesabatı ilə buradan tanış ola bilərsiniz.

Maliyyə     Tarix: 27 iyul 2024

Oxşar xəbərlər

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAz İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 11–15 may 2026-cı il tarixləri qlobal maliyyə bazarları üçün həm makroiqtisad

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Avrozonada inflyasiya 3 faizə yüksəlib

Eurostat (Avropa Statistika Ofisi) Avrozonanın aprel ayına dair inflyasiya üzrə ilkin məlumatlarını açıqlayıb. Məlumata görə, Avrozonada mart ayında 2,6% olan illik inflyasiya apreldə 3%-ə yüksəlib. İnflyasiya apreldə aylı

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb

2026-cı ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 875,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Dövlət Statistika Komitəsinin yaydığı məlumat

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 0,3 faiz azalıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-mart aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumat açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlk

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri


iqtisadi xeberler depozit faizleri bitkoin online pul qazanmaq valyuta mezennesi