"Fitch": Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması "MDB+" banklarına əhəmiyyətli təsir göstərməyəcək
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi hesab edir ki, Ukraynada münaqişənin mümkün nizamlanması "MDB+" ölkələrinin (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) bank sektorlarına məhdud qısamüddətli təsir göstərəcək.
Geosiyasi risklərin və ikinci dərəcəli sanksiya risklərinin potensial azalması bütün regiona müsbət təsir göstərəcək.
Bununla belə, agentlik qeyd edib ki, bank sektorlarına birbaşa təsir – və daha geniş mənada bankların kredit profillərinə təsir minimal olacaq.
Rusiya və Ukrayna arasında 2022-ci ildə münaqişənin başlanmasından bəri region bankları Rusiyadan insanların və kapitalın miqrasiyası nəticəsində yaranan makroiqtisadi nəticələrdən faydalanıblar. Bu, bir sıra ölkələrdə iqtisadi fəallığın, gəlirlərin və likvidliyin artmasına kömək edib.
Bu axınların qismən əks istiqamətdə qayıtmasına baxmayaraq, "Fitch" hesab edir ki, bu dəyişikliklər struktur xarakterlidir və münaqişənin sülh yolu ilə həll edildiyi təqdirdə belə köklü şəkildə yenidən nəzərdən keçirilməsi ehtimalı azdır.
"Baza ssenarimizə görə, münaqişənin həllinin "MDB+" ölkələrinin banklarının kredit profillərinə təsiri məhduddur. Onların dayanıqlılığı geosiyasətdən daha çox daxili amillərdən asılıdır", – agentliyin hesabatında bildirilib.
"Fitch" qeyd edir ki, son 3 ilin yüksək iqtisadi artım tempi kreditləşmənin genişlənməsinə kömək edib. Xüsusilə Ermənistan, Gürcüstan və Qırğızıstan bankları faydalanıblar. Bu da əsasən valyuta əməliyyatlarının və Rusiya ilə ticarətin artması ilə bağlı komissiya gəlirlərinin yüksəlməsi hesabına qazanıblar, bu ticarət indi əsasən "MDB+" ölkələri vasitəsilə həyata keçirilir.
"Fitch" proqnozlaşdırır ki, dəyişən geosiyasətin təzyiqi altında formalaşan bu yeni ticarət marşrutları, sanksiyalar ləğv edilsə belə ümumiyyətlə qorunub saxlanacaq: "Rusiya strateji səbəblərə görə alternativ tədarük zəncirlərini saxlamağa çalışacaq".
Agentlik xəbərdarlıq edir ki, əhəmiyyətli kapital axını region valyutalarına təzyiqi artıra bilər ki, bu da Gürcüstan və Ermənistan kimi bank sektoru yüksək dollarlaşmış ölkələr üçün xüsusilə risklidir.
Lakin "Fitch"in məlumatına görə, bu ssenari az ehtimallıdır: "Biz gözləyirik ki, "MDB+" banklarındakı hesablar valyuta əməliyyatlarının təmin edilməsində mühüm rol oynamağa davam edəcək". / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Necə Bitcoin almaq olar?
Bitcoin nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?
Shopify-da necə satışa başlamaq olar?