Fondun Şəkidə filialı açıldı

Fondun Şəkidə filialı açıldıAqrar Sığorta Fondunun (ASF) Şəki şəhərində filialı fəaliyyətə başlayıb.
Fonddan verilən məlumata görə, filial Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edəcək.
Açılış tədbirində çıxış edən Aqrar Sığorta Fondunun İdarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət başçısının aqrar sahənin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Bu islahatlardan biri aqrar sığortadır ki, fəaliyyətə başladığı qısa müddətdə gözləniləndən artıq fermer və təsərrüfat sahələrini əhatə edə bilib. Bu gün açılışı olan Şəki filialı da fermerlərə daha yaxın olmaq, onları maraqlandıran məsələlərlə bağlı operativ kömək etmək, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya verməyə dəstək olacaq.
Qeyd edilib ki, ölkənin şimal-qərbində yerləşən Şəki-Zaqatala iqtisadi rayonunun tərkibinə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları daxildir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ölkə üzrə kənd təsərrüfatı məhsullarının əmək bölgüsündə rayon tütünçülük, baramaçılıq, çayçılıq, gülçülük, çəltikçilik, meyvəçilik, taxılçılıq, üzümçülük, qoyunçuluqla təmsil olunur. Azərbaycanda istehsal olunan tütünün 75 %-dən çoxu, taxılın 17 %-i, baramanın 35 %-i, yaşıl çay yarpağının 2 %-i bu iqtisadi rayonun payına düşür. Ölkə üzrə heyvandarlıq məhsullarının tədarükünün 10 %-dən çoxunu Şəki-Zaqatala iqtisadi rayonu təşkil edir.
"Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan Şəki-Zaqatala iqtisadi rayonunda təkcə bitkiçilik üzrə 2021-2022-ci ilin əkin mövsümlərində 11 038 aqrar sığorta müqaviləsi üzrə 43 480 hektar əkin sahəsi sığortalanıb. Bura buğda, arpa, fındıq, qarğıdalı sahələri və alma bağları daxildir. Gəlirlərini qorumaq, fəaliyyətlərininin dayanıqlılığını təmin etmək məqsədilə aqrar sığorta xidmətlərindən istifadə edən fermerlərin sayı günbəgün artır. Şəki şəhərinin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi ünvanda açılan filial fermerlərə daha yaxın olmaq, yerlərdə onların tələb və təkliflərini dinləmək, müstəqil ekspertlərlə daha sıx və oprerativ əməkdaşlıq etmək imkanı yaradacaq", - məlumatda deyilir.
Hazırda ASF tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortlandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir.
ASF kommersiya məqsədi daşımayan və könüllülük prinsipi əsasında fəaliyyət göstərən bir mexanizmdir. Fermerlər əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində "Bitkiçilik kalkulyatoru" və "Heyvandarlıq kalkulyatoru" bölmələrində hesablaya bilərlər. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 %-ni dövlət ödəyir.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95 %-ini əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.
Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, onlara daha əlçatan olmaq məqsədilə ilin sonuna qədər daha bir neçə filialın açılışı nəzərdə tutulur.
Fondun Şəkidə filialı açıldıFondun Şəkidə filialı açıldı/ marja.az

Banklar     Tarix: 26 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu


iqtisadi xeberler bitkoin qiymeti kripto avtomobil xeberleri valyuta kurslari