Gəncədə əsas kapitala yönəldilmiş investisiyalar 17,5 faiz artıb
2023-cü ilin yanvar-sentyabr ayları üzrə Gəncə şəhərində əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, Gəncə şəhərində 2023-cü ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 92 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çox vəsait yönəldilmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Əsas kapitala yönəldilmiş vəsaitlərin 82,6 faizi dövlət, 17,4 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 81,7 milyon manatı və ya 88,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 13,3 faiz artmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2023-cü ilin yanvar-sentyabr aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 34,1 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 22,1 milyon manatını, yaxud 64,7 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 12,0 milyon manatını və ya 35,3 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir . / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Necə Bitcoin almaq olar?
Biznes plan necə yazılır?