Gəncədə ət, süd və yumurta istehsalı artıb
2023-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Marja.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, Gəncə şəhəri əsasən sənaye şəhəri olmasına baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalı sferasındada qismən iştirak edir. 2023-cü ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 2683,6 min manat, o cümlədən bitkiçilik məhsulları 1362,4 min manat, heyvandarlıq məhsulları 1321,2 min manat təşkil etmişdir.
2023-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində 64,5 ha əkin aparılmışdır. Bunun 29,0 hektarı dənlilər və dənli paxlalı bitkilərin (o cümlədən 8,0 hektarı payızlıq buğda, 21,0 hektarı payızlıq arpa), 34,5 hektarı tərəvəz bitkilərinin, 1 hektarı isə yem bitkilərinin əkin sahəsini təşkil etmişdir.
Əkilmiş sahələrdən 2023-cü ilin yanvar-sentyabr aylarında 61,1 ton dənlilər və dənli paxlalı bitkilər (17,2 ton buğda, 43,9 ton arpa), 146,2 ton tərəvəz və 28,8 ton yonca yığılmışdır. Sahəsi 332,4 hektar olan meyvə və giləmeyvə bağlarından 672,1 ton məhsul, üzümlüklərdən (127,2 hektar) isə 336,3 ton məhsul toplanmışdır.
Gəncə şəhərində 2023-cü ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində 114,4 ton ət diri çəkidə, 505,5 ton süd, 796 min ədəd yumurta, 2,9 ton yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 65,1 ton, yaxud 2,3 dəfə, yumurta istehsalı 476 min ədəd (2,5 dəfə), süd istehsalı 201,0 ton (66,0 faiz), yun istehsalı isə 0,1 ton (3,6 faiz) artmışdır.
2023-cü ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfatlarda 808 baş iribuynuzlu mal-qara (ondan 342 baş inək və camış), 1199 baş qoyun və keçi, 33 baş donuz mövcud olmuşdur.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Mcdonalds françayzinqi neçiyədir?
Swift nədir?
5 liderlik göstəricisi
IMEI kod nədir?
Françayzinq nədir və necə olur?