Gəncədə sərnişin və yük daşınmaları artıb
2023-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitənin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Marja.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 65,5 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 3,4 milyon ton yük daşınmışdır. 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən sərnişin daşınması 23,4 faiz, yük daşınması isə 14,6 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2023-ci ilin yanvar-sentyabr aylarında 5,5 milyon manatlıq, yaxud keçən ilin eyni dövrünə nisbətən 3,7 faiz çox xidmət göstərilmiş, xidmətlərin 96,9 faizi əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz artmışdır.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 77,0 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 23,0 faiz təşkil etmişdir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Mcdonalds françayzinqi neçiyədir?
Swift nədir?
5 liderlik göstəricisi
IMEI kod nədir?
Françayzinq nədir və necə olur?