Gənclər üçün Yelo Ambassadors layihəsi

Gənclər üçün Yelo Ambassadors layihəsi®Ölkənin parlaq bankı Yelo Bank fərqlənmək və inkişaf etmək istəyən gənclər üçün daha bir imkan yaradır. Bank bakalavr dərəcəsində təhsil alan, eləcə də sosial aktiv tələbələr üçün "Yelo Ambassadors" layihəsinə start verir. 
Yelo Ambassadors statusunu qazanmaq üçün gənclərdən bakalavr tələbəsi olması, 1000-dən çox izləyicisi olan sosial media hesabı, kreativ düşüncə, maraqlı foto və ya video postlar yarada bilməsi tələb olunur. Seçiləcək layihə iştirakçıları Yelo brendini, Bankın dəyərlərini, işəgötürən kimi imicini, məhsul və xidmətləri, eləcə də Bankda keçiriləcək layihələri özünməxsus şəkildə təqdim etməlidir. 3 ay davam edəcək layihəyə seçilən Yelo Ambassadorlar Bankda iş imkanı və əməkhaqqı ilə təmin olunacaq. Bank sektorunda karyerasına başlamaq istəyən tələbələr üçün bu layihə əla fürsətdir.
Yelo Bank-ın müasir korporativ dünyasına qatılmaq, parlaq Yelo komandası ilə dəyərli təcrübə toplamaq üçün tələbələri layihəyə qoşulmağa səsləyirik. Yelo Ambassadors layihəsinə qeydiyyatdan keçmək üçün son tarix 24 oktyabrdır. Qeydiyyat üçün bu linkə keçid edib, şəxsi məlumatları doldurmaq və verilən tapşırığı həll etmək lazımdır:  
Bank xidmətləri, eləcə də maaş kartı ilə kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq! / banker.az

Banklar     Tarix: 06 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler en son xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti