"Google Pay™" artıq Expressbank mobil tətbiqində aktiv oldu

®Mütəmadi olaraq baş verən innovativ həllər və texnoloji yeniliklər bir çox sahələrə öz təsirini göstərmişdir. Həmçinin, maliyyə sistemində də gündəmə gələn ən müasir texnoloji yenilikləri xüsusilə qeyd edə bilərik. Xidmət və məhsullarına müasir həlləri və yenilikləri tətbiq edərək hər keçən gün daha da inkişaf edən Expressbank, müştəriləri üçün daha bir xidmət yeniliyini təqdim edir. Artıq "Android" mobil cihazlarında "Express24" mobil tətbiqi üzərindən "Google Pay" rəqəmsal ödəniş sistemi vasitəsilə rahat və təhlükəsiz şəkildə təmassız ödənişlərin qəbul olunduğu məntəqələrdə ödənişlər etmək mümkündür.  Belə ki, yeni funksiyanın qazandırdığı digər bir üstünlüyü də qeyd etmək istərdik:
Expressbank VISA kart sahibləri "Google Pay" üzərindən apardıqları POS terminal əməliyyatlara görə 6%-dək "cashback" qazanacaq.
"Google Pay"ə qoşulmaq üçün "Android" əməliyyat sistemini dəstəkləyən cihazlarda "Express24" mobil tətbiqinə daxil olaraq:
 "Google Pulqabı" ya əlavə etmək istədiyiniz kartınızın üzərinə sıxırsınız;
 "Google Pay-ə keçid et" daha sonra isə "Google Pay-ə əlavə et" düyməsini basırsınız;
  Açılan növbəti pəncərələrdə şərtləri qəbul edib prosesi tamamlayırsınız.
Digər üsul isə:  
"Google Pulqabı" tətbiqini yükləyirsiniz;
"Expressbank" VISA kartlarınızı "Google Pulqabı"ya əlavə edirsiniz;
 Kart məlumatlarınızı daxil edirsiniz;
 Prosesləri addımlı şəkildə həyata keçirib, "Google Pay"ə qoşulursunuz.
Burada "Google Pulqabı"ya daxil etdiyiniz kart məlumatlarınızın məxfiliyi tam şəkildə qorunur.
"Google Pay" ilə ödəniş etmək üçün isə:
Android mobil cihazınızda NFC funksiyasını aktiv edin;
Ödəməyə hazır olduğunuz zaman telefonunuzun kilidini açın;
Onu müvafiq olaraq terminallarda "GPay" işarə ilə qeyd olunan kart oxuyucusuna yaxınlaşdırın;
Ödəniş prosesini yekunlaşdırın.
Xüsusilə qeyd etmək istərdik ki, "Google Pay"ə qoşulmaq üçün heç bir əlavə ödəniş və ya komissiya haqqı tələb olunmur.
"Express24" mobil tətbiqini yükləmək üçün bu linkə və "Google Pay" haqqında digər məlumatlar üçün isə  bu linkə keçid edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 11 noyabr 2022

Oxşar xəbərlər

Türk İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia

Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb

Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Arzumuz var!" təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların al

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi


iqtisadi xeberler bitkoin dollar kursu valyuta kurslari leobank kart