"Günay Sığorta"dan alınan sığortalar necə olacaq?
Xəbər verdiyimiz kimi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 24 iyun 2023-cü il tarixli qərarı ilə "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə dair verilmiş 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya ləğv edilib.
"Günay Sığorta" ASC Mərkəzi Bankın qərarından sonra məlumat yayıb:
""Günay Sığorta" ASC olaraq nəzərinizə çatdırmaq istəyirik ki, könüllü ləğv prosesi sığorta satışının dayandırılması sahəsini əhatə etməklə, qüvvədə olan sığorta şəhadətnamələrinə təsir göstərmir. Müştərilərimiz qarşısında öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik.
Bununla bağlı sığorta şəhadətnamələrinin ləğv edilməsinə zərurətin yaranmadığını diqqətinizə çatdırırıq". / marja.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
ƏDV geri al və onun üstünlükləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
Startup nədir və necə olur?