"Günay Sığorta"nın bazar payı azalır, şirkət ardıcıl 2 ildir zərərdədir
"Günay Sığorta" ASC 2022-ci ili 1 milyon 227 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 125 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, ötən il "Günay Sığorta" ASC-nin cəmi gəlirləri 8 milyon 694 min manat, cəmi xərcləri 9 milyon 921 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi gəlirləri 10 milyon 378 min manat, cəmi xərcləri 11 milyon 503 min manat olmuşdur.
"Günay Sığorta"nın bazarda payı azalır. Əgər şirkət 2021-ci ildə 9 milyon 777 min manat sığorta haqları yığmışdırsa, 2022-ci ildə 7 milyon 936 min manat toplayıb. Şirkətin sığorta ödənişləri isə 4 milyon 89 min manatdan 3 milyon 819 min manata düşüb.
Ötən il "Günay Sığorta"nın nizamnamə kapitalı 1 milyon 900 min manat artırılaraq 10 milyon 100 min manata çatdırılıb.
1992-ci ildən fəaliyyət götərən "Günay Sığorta" ASC-nin səhmdarları Yeganə Şirinova, Mahmud Məmmədov və "Günay Bank" ASC-dir.


Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın ən bahalı restoranları
Milyonlar qazandıran qəribə biznes ideyaları
Kriptovalyuta nədir və necə alınır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?