"Günaybank" və "Muğanbank" Mərkəzi Banka yalan məlumatlar verib
"Lisenziyaları ləğv edilmiş həm "Günaybank"da, həm də "Muğanbank"da hesabatlılıq düzgün olmayıb".
Bunu Marja.az-a Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Adını çəkdiyimiz banklar Mərkəzi Banka hesabatlılığı təqdim edərkən doğru və düzgün məlumat verməyiblər. Biz yeni komandanı formalaşdırdıqdan sonra bu ilin əvvəldə ilk öncə sistem əhəmiyyətli banklarda yoxlamalar apardıq. Ardınca kiçik banklarda yoxlamalar başladı və iki bankda (Günaybank və Muğanbank - red) hesabatlılığın düzgün olmadığını aşkar etdik. Artıq həmin bankların lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edilib",- Kazımov deyib.
Qeyd edək ki, "Günaybank" və "Muğanbank" lisenziyaları ləğv olunmamışdan əvvəl məcmu kapitalın minimal tələb olan 50 milyon manatdan yüksək olduğu barədə hesabat açıqlamışdılar. Mərkəzi Bank isə lisenziyanın ləğvinə səbəblərdən biri kimi həmin banklarda məcmu kapitalın minimal tələbdən aşağı olduğunu göstərmişdi.

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ZARA-nın uğur hekayəsi
Onlayn biznes növləri
Marketinq nə demədir?
İban nədir?
Digital Card nədir?