Günel Nəbiyeva: "Azər-Türk Bank"ın yeni inkişaf mərhələsi müsbət dinamikanı sürətləndirib

Günel Nəbiyeva: Bu ilin  yanvar ayından etibarən Azər Türk Bankın İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərən Günel xanım Nəbiyeva  həmin dövrdən etibarən Bankın işində müşahidə olunan canlanma, maliyyə göstəricilərində müsbət dinamika və ümumiyyətlə bu dəyişikliklərin arxasında hansı transformasiya tədbirlərinin dayanması və həyata keçirilən yeniliklərin bu nəticələrə necə təsir göstərdiyi barədə mətbuata açıqlama verib:
 -Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin iştirakı ilə 1995-ci ildə əsası qoyulmuş ATB fəaliyyətə başladığı gündən indiyə qədər daima inkişaf edən maliyyə institutlarından biridir. Yeri gəlmişkən, bu ay Bankımızın fəaliyyətinin 31 illiyini qeyd etdik. Bankın fəaliyyət tarixinə nəzər saldıqda görürük ki, o, daim tərəqqi edən və bank sektorunda nümunəvi korporativ idarəetmə standartları ilə seçilən maliyyə institutu kimi formalaşıb. Bu inkişafda dövlət bankı statusu da mühüm rol oynayıb.
2021-ci ildə Bank Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildikdən sonra bu inkişaf tendensiyası sürətlə davam edib. Belə ki, Bankın aktivləri artıb, kredit portfeli və mənfəət göstəricilərində mütəmadi artım tempi müşahidə edilib. Nəzərinizə çatdırım ki, 2024-cü ildə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Bankın səhmlərinin 51%-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi ilə Bankın inkişafında yeni mərhələnin əsası qoyulub.
Bu ilin əvvəlində Bankın 2026–2028-ci illəri əhatə edən yeni inkişaf strategiyası təsdiqlənib. Həmin strategiya özlüyündə korporativ və KOB seqmentinin inkişafına fokuslanmağı, ölkə iqtisadiyyatının strateji sahələrinin və real sektorun maliyyələşdirilməsində Bankın rolunun gücləndirilməsini, rəqəmsal transformasiyanın sürətləndirilməsini və dayanıqlı inkişaf prinsiplərini ön plana çəkir. Artıq məqsəd ATB-nin ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfəni daha da gücləndirmək və bu istiqamətdə aparıcı maliyyə institutlarından biri kimi mövqeyini möhkəmləndirməkdir. Bu isə növbəti dövr ərzində Bankda ciddi transformasiyanın aparılmasını, biznes hədəflərinin dəyişdirilməsini və bu hədəflərə fokuslanan biznes proseslərinin qurulmasını labüd edir. Bu istiqamətdə artıq konkret transformasiya tədbirlərinin icrasına başlanıldığını da qeyd etmək mümkündür.
Xüsusi vurğulamaq istəyirəm ki, müştərilərə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal həllərin genişləndirilməsi və müasir bankçılıq məhsullarının inkişafı Bankın dayanıqlı inkişaf strategiyasının vacib elementləridir. Bu gün Bankın biznes modeli rəqəmsallaşma, əməliyyat səmərəliliyinin artırılması, resurs bazasının gücləndirilməsi və məhsul portfelinin şaxələndirilməsi prinsiplərinə əsaslanır.
Artıq həyata keçirilən bu dəyişikliklərin ilk müsbət nəticələri Bankın maliyyə göstəricilərində də öz əksini tapmağa başlayıb. Belə ki, yaxın günlərdə açıqladığımız nəticələrə əsasən Bankın xalis mənfəəti 10,3 milyon manat təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 50 % artım deməkdir. Eyni zamanda, Bankın əməliyyat mənfəəti 30 % artıb, kapitalı və depozit portfelində də artımlar qeydə alınıb. Bu göstəricilər həyata keçirilən tədbirlərin və müəyyən edilmiş strateji istiqamətlər üzrə görülən işlərin ilkin müsbət nəticələridir. / banker.az

Banklar     Tarix: 23 iyul 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bank faizleri dollar mezenne kicik biznes bitcoin qiymeti