Hansı ölkələrdə kriptovalyuta ilə ödəniş etmək mümkündür?
2025-ci ildə dünyada kriptovalyutaların ödəniş vasitəsi kimi geniş istifadə olunduğu ölkələr sırasına Almaniya, Sinqapur, Estoniya, Niderland, Salvador, Malta, ABŞ, Portuqaliya, İsveçrə və Kanada daxildir.
Bitcoin qiymətinin 2025-ci ildə 250,000 dollara çatacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki,bu ölkələr, kriptovalyutaların istifadəsini təşviq edərək, iqtisadiyyatlarına yeni imkanlar yaradır. Kriptovalyutalarla ticarət edənlər, həmçinin sərmayə qoyan investorlar bu ölkələrdə daha asan və sərfəli şərtlərlə fəaliyyət göstərə bilirlər. Məsələn, Almaniyada, bir il ərzində saxlanmış kriptovalyutaların satılması qazanc vergisindən azaddır, Portuqaliyada isə kripto ticarətindən əldə edilən gəlirlər vergidən azaddır.
Bu tip faydalı vergi siyasətləri və ticarət qaydaları, rəqəmsal valyutaların iqtisadiyyata inteqrasiyasını asanlaşdırır. El Salvador isə Bitcoin-i qanuni ödəniş vasitəsi olaraq qəbul edən ilk ölkə oldu və bu qərar, ölkəyə böyük investorların cəlb olunmasına səbəb oldu. Sinqapurda, kriptovalyuta ticarətinə tətbiq olunan vergi nisbətləri olduqca aşağıdır, lakin bəzi əməliyyatlarda kiçik bir vergi tətbiq oluna bilər.
2024-cü ildə kriptovalyutadan ən aktiv istifadə edən ölkələr arasında Hindistan, Nigeriya, İndoneziya, ABŞ, Vyetnam, Ukrayna, Rusiya, Filippin, Pakistan və Braziliya yer alır. Bu ölkələrdə rəqəmsal valyutalara olan tələbatın artması, insanların bu yeni maliyyə alətinə olan marağını göstərir.
Bu ölkələr, kriptovalyutaların istifadəsini təşviq edərək yalnız iqtisadiyyatlarını rəqəmsallaşdırmağa deyil, həm də qlobal maliyyə bazarlarında mövqelərini gücləndirməyə çalışırlar. Kripto dostu ölkələrdə həyat, investorlar və kriptovalyuta ilə ticarət edənlər üçün daha asan və sərfəlidir, çünki bu ölkələr rəqəmsal valyutaların sərbəst dövriyyəsini təmin edir və sərmayəçilərə daha əlverişli şərtlər təklif edirlər.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Yük sığortası üzrə ödənişlər 53% artıb
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
"Freelance" nədir?
Az pulla hansı işi qurmaq olar?
ƏDV geri al və onun üstünlükləri
Onlayn biznes ideyaları
Start-up nədir?