Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə

Hər şey mümkündür: Daun sindromlu uşaqlar üçün sosial layihə®1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. "Hər şey mümkündür" sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb.
Layihənin əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların özlərinə inamını gücləndirmək və hər kəsin diqqətini bu mövzuya yönəltmək olub. Uşaqlar "Dance Ability" metodologiyası əsasında hazırlanan interaktiv rəqs proqramında iştirak ediblər. Bu metod hər kəsin istisnasız olaraq özünü ifadə edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar da keçirilib. İnflunserlərin də qoşulduğu tədbir balacalar üçün şən oyunlar, maraqlı fəaliyyətlər və bol gülüş dolu anlarla yadda qalıb.
Qeyd edək ki,  "Hər şey mümkündür" layihəsi ilk dəfə 2021-ci ildə Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın birgə həyata keçirdiyi "Ürəklərlə ianə et" aksiyası çərçivəsində toplanan vəsait hesabına daun sindromlu uşaqlar üçün həyata keçirilib. "Hər şey mümkündür" layihəsi hər bir fərdin potensialını üzə çıxarmaq və onların sosial həyata aktiv qoşulmalarını təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif yaradıcı fəaliyyətlər, inklüziv tədbirlər təşkil olunur.
Ətraflı məlumat üçün link:
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə "Kapital Bank" ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün saytına daxil olmaq kifayətdir / banker.az

Banklar     Tarix: 02 iyun 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti